Arxiv
12 Aprel 2019, 08:55 | HADİSƏ
İsgəndər Həmidov Azərbaycan Xalq Hərəkatındakı rəqiblərinə MESAJ VERDİ  

Bir qrup müxalifət nümayəndəsinin bu yaxınlarda yaratdığı Azərbaycan Xalq Hərəkatı adlı təşkilatın parçalandığı barədə məlumatlar yayılıb. Aprelin 8-də isə hərəkatın 2 fərqli yerdə - Klassik Xalq Cəbhəsi Partiyası və Gələcək Azərbaycan Partiyasının qərargahlarında iki ayrı iclas keçirməsi deyilənləri təsdiqlədi. Medianın yaydığı xəbərlərdə təşkilatın parçalanmasında əsas günahkar kimi sabiq daxili işlər naziri İsgəndər Həmidov göstərilir. Elə iki ayrı iclasın keçirilməsinin təşəbbüskarının da İ.Həmidov olduğu söylənilir. Ən son xəbərdə hətta sabiq nazirin özünün də Xalq Hərəkatının İdarə Heyətindən kənarlaşdığı iddia edildi.

Xalq Hərəkatındakı durum haqqında Modern.az-a danışan İsgəndər Həmidov isə iddiaları rədd etdi. Amma o, aprelin 8-də iki iclas çağırıldığını təsdiqlədi:


“Digər iclasda 7 nəfər, mənim iştirakımla olan iclasda isə 12 nəfər iştirak edirdi. Hər iki tərəf iclası dayandırdı. Hər iclasdan 3 nəfər ağsaqqal yığışdı və bütün arada olan anlaşılmazlıqları müzakirə etdik. Məsələ aradan qaldırıldı. Növbəti dəfə bir yerdə iclas keçirəcəyik”.


Xalq Hərəkatının İdarə Heyətindən uzaqlaşdırıldığı haqda iddialara gəlincə, hərəkat rəhbəri bunların heç bir əsası olmadığını söylədi:


“Mənim Azərbaycan Xalq Hərəkatının İdarə Heyətində olub-olmamağım haqqında fikir haradan ortaya atılıb? AXH-də tək mən qalsam belə, hərəkatda olacağam, bu işi axıra qədər aparacağam. Mən heç yerə gedəsi deyiləm, mübarizənin həmişə önündə olacağam”.


İ. Həmidov onu da qeyd etdi ki, artıq hərəkatın daxilindəki problemlər aradan götürülüb:


“Başa düşürsünüz, təşkilatın üzvləri də robot deyillər! Hər kəsin sərbəst fikri, düşüncəsi var. Belə mübahisələr olacaq. Sokrat deyirdi ki, mübahisədən ortalığa həqiqət çıxır. Ona görə, mübahisələrin baş verməsi normaldır. Amma biz axıra qədər bu hərəkatda addımlayacağıq.

Guya mən Xalq Hərəkatını parçalamağa cəhd edirəm. Sosial şəbəkələrdə necə yazılır, kimlər yazır - hər kəs yaxşı bilir. Sosial şəbəkələrdə onu da yazırlar ki, İsgəndər Həmidov Xalq Hərəkatının dirəyidir. Mənfi yazanlar da sağ olsun, müsbət yazanlar da. Biganə deyillərsə, deməli, mən hərəkatdayam. Fəaliyyətim həm məni istəyənlər, həm də istəməyənlər tərəfindən izlənir. Bu göstərir ki, mən varam!”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
11 müxtəlif iqtisadi mövzularda Siyasət Yazısı hazırlanıb 18 Aprel 2019, 22:39 TANAP yayda hazır olacaq 18 Aprel 2019, 22:19 Oqtay Əsədov Valentina Matviyenkonu medalla təltif etdi 18 Aprel 2019, 21:54 Paytaxt sakini özünü yaşadığı binadan atdı 18 Aprel 2019, 21:34 “Qarabağ” qələbə qazanaraq liderliyini möhkəmləndirdi 18 Aprel 2019, 21:17 Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq müzakirə edildi 18 Aprel 2019, 21:01 Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02