Arxiv
12 Aprel 2019, 13:31 | MƏDƏNİYYƏT
Fazil Mustafa Anara CAVAB VERDİ  

Fazil Mustafa,
Milli Məclisin üzvü

 

Azərbaycan Yazarlar Birliyinin sədri, dəyərli yazıçımız və ziyalımız Anar müəllimin çox maraqlı bir məqaləsi nəşr olunub və orada şəxsimizə yönəlik bəzi iradlar səsləndirilib. Hər bir insanın öz baxış bucağından mövqeyi haqlı sayıla bilər, ancaq bəzi detalların dəqiqləşdirilməsi vacibdir ki, bunu qeyd etməkdə yarar görürəm. Hörmətli Anar müəllimin irad olaraq yazdıqları aşağıdakılardır:

 

"Hörmət bəslədiyim deputatlardan biri də Milli Məclislə qaldırılmalı məsələlərin məhz Prezidentin ziyalılarla görüşündə qaldırılmasını lazım bilir və qəribə bir şey deyir. Deyir ki, o iclasda kimsə atasının heykəlinin qoyulmasını təklif edib. Mənim iştirak etdiyim görüşdə Cəlil Məməquluzadənin və H.Z.Tağıyevin heykəllərinin qoyulması təklif olundu və məncə o iclasda nə Tağıyevin, nə Mirzə Cəlilin oğulları iştirak etmirdi…

 

Həmin hörmətli deputat Ramiz Rövşənə Xalq şairi adı verilməsi məsələsini qaldırır. Sağ olsun! Yazıçılar Birliyinin fəaliyyətinə maraq göstərənlər kitablarımızı da oxusaydılar bilərdilər ki, Ramiz Rövşənə Xalq şairi adı verilməsi haqda mən hələ 2006-ci ildə Prezident İlham Əliyevə müraciət etmişəm və bu müraiciətim mənim «Əsrin əsiri» kitabımda da dərc olunub («Əsrin əsiri» Azərnəşr. 2010 . səh. 560)”.

 

Qeyd edim ki, Milli Məclisdəki məlum çıxışda xüsusi olaraq hansısa şəxsi və ya qurumu ittiham etməmişəm, sadəcə ən vacib problemə yenidən diqqət yönəltmişəm. Bundan əvvəl də iki dəfə Milli Məclisdə məsələ qaldırmışam ki, Türkiyə və Gürcüstanda olduğu kimi Azərbaycanda da çox yüksək dərəcədə olan 18 faizlik əlavə dəyər vergisinin kitabların, digər çap məhsullarının və çap avadanlıqlarının üzərindən götürmək zəruridir. Burada məqsəd odur ki, kitablar ucuzlaşsın və ölkədə mütailə vərdişinin artmasına faydalı olsun. Bu problemi heç şübhəsiz ki,bizdən də yaxşı hörmətli Anar müəllim bilməmiş deyil və həqiqətən də umurdum ki, heç olmazsa oradakı yazarlardan biri məhz prezidentə bunu söyləyəcək. Bunun söylənilməməsinə öz iradımı bildirmişəm və burada heykəllə bağlı iradın Mirzə Cəlilə və ya Tağıyevə yönəlik olmadığını Anar müəllim əminəm ki, hamıdan yaxşı bilir. Bir də Mirzə Cəlilə və ya Tağıyevə heykəl qoyulmasına xahiş etmək üçün millətimiz qarşısında xidməti olan istənilən yazarımız,o cümlədən Anar müəllim də onların oğlu obrazında çıxış etmək haqqına sahibdirlər. Orada başqa ata-baba adlarının əəbədiləşdirilməsi istiqamətində bəzi təkliflər mediada qabardıldığına görə məsələyə bu yöndən diqqət yönəltməyi məqsədəuyğun saymışıq. 

Musa Yaqubla Ramiz Rövşənə xalq şairi adının verilməsinə gəldikdə isə Anar müəllimin həmin kitabındakı müraciətlə tanış olmasam da, hüquqi baxımından adın Yazarlar Birliyinin sədri tərəfindən verilməsinin mümkünsüzlüyünü bilməmiş deyiləm. O halda bu məsələdə hörmətli Anar müəllimə qarşı hansısa ittiham səsləndirməyi etik cəhətdən ilk öncə özümə yaraşdırmazdım. Əgər Anar müəllimin belə bir müraciəti olubsa, bu özü də sevindiricidir və biz də məsələni gündəmə gətirməklə onun da istəyinə dəstək vermiş oluruq.

Fikrimcə , bu cür polemikalarda əsas olan qaldırılan məsələlərdə faydalı nəticələrə varmaqdır. Əslində hörmətli ziyalımız Anar müəllimin mövzu ilə bağlı açıqlamaları indiyədək onlar tərəfindən atılan addımlar barədə bizlərin də bilgilənməmiz üçün faydalı oldu.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TANAP yayda hazır olacaq 18 Aprel 2019, 22:19 Oqtay Əsədov Valentina Matviyenkonu medalla təltif etdi 18 Aprel 2019, 21:54 Paytaxt sakini özünü yaşadığı binadan atdı 18 Aprel 2019, 21:34 “Qarabağ” qələbə qazanaraq liderliyini möhkəmləndirdi 18 Aprel 2019, 21:17 Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq müzakirə edildi 18 Aprel 2019, 21:01 Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00