Modern.az

Türkiyədə təkrar bələdiyyə seçkiləri keçiriləcək

Türkiyədə təkrar bələdiyyə seçkiləri keçiriləcək

13 Aprel 2019, 00:15

Türkiyə Ali Seçki Şurası (YSK) Dənizli şəhərinin Honaz qəsəbəsində bələdiyyə seçkilərinin yenidən keçirilməsinə qərar verib. Modern.az yerli mediaya istinadən xəbər verir ki, təkrar seçki iyunun 2-də keçiriləcək.

 

Qeyd edək ki, 31 martda keçirilmiş seçkinin nəticəsinə əsasən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Yüksəl Kəpənək 9389 səslə qalib gəlmişdi. Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Turqut Dəvəçioğlu isə 9381 səs toplamışdı.

 

AKP-nin seçkinin nəticəsi ilə bağlı etirazından sonra aparılan təkrar sayımda səs fərqi 3-ə, növbəti sayımda isə 1-ə enmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır