Modern.az

“Rada Azərbaycan diasporunun birlikdə fəaliyyəti üçün gözəl nümunədir” - Hikmət Cavadov

“Rada Azərbaycan diasporunun birlikdə fəaliyyəti üçün gözəl nümunədir” - Hikmət Cavadov

13 Aprel 2019, 21:59

“Təxminən 6 aydan artıqdır, Ukraynadakı Azərbaycan diaspor təşkilatları birlikdə qurultaya hazırlaşır”.

 

Bu barədə Modern.az-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov məlumat verib.

 

O vurğulayıb ki, qurultaydan öncə hazırlıq prosesini təmin etmək üçün bir neçə tədbir həyata keçirilib:

 

“Bununla bağlı memerandum hazırlanıb. Ukrayna Azərbaycanlıları Radasının yaradılması üçün işçi qrupu iki aya yaxın fəaliyyət göstərib. Bunun nəticəsi olaraq, Ukraynanın müxtəlif regionlarında fəaliyyət göstərən müxtəlif statuslarda olan azərbaycanlı təşkilatlar bir araya gəlib. Düşünürəm ki, bu Radanın yaradılması Azərbaycan diaspor tarixində, tək Ukraynada yox, dünyanın bütün ölkələrində Azərbaycan diasporunun birlikdə fəaliyyəti üçün gözəl nümunədir.

 

Sabahkı qurultayda birgə fəaliyyət üçün bir araya gələn təşkilatların hamısı Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı üçün çalışırlar. Onlar birlikdə koordinasiya olunaraq fəaliyyətlərini davam etdirəcəklər.

 

Qurultaydan sonra biz bir ay ərzində fəaliyyət planı hazırlayacaq və bununa bağlı bütün təşkilatları məlumatlandıracağıq. Yaxın gələcəkdə daha vacib, daha geniş həcmli layihələrə imza atacağıq.

 

Bu məsələnin reallaşmasında əziyyət çəkən bütün təşkilat nümayəndələri yaxşı bilirlər ki, burada hər bir məsələ Azərbaycanın tarixi gerçəkliklərinin, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmasına xidmət edir. Yaxın gələcəkdə dünyada yaşayan azərbaycanlılar yeni layihələrin şahidi olacaqlar. İşlərimiz yüksək səviyyədə irəliləyərsə, layihələrə digər dövlətlərdə fəaliyyət göstərən diaspor təşkilatlarını da cəlb edəcəyik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir