Modern.az

Ukraynada Azərbaycan diaspor təşkilatları güclənir

Ukraynada Azərbaycan diaspor təşkilatları güclənir

13 Aprel 2019, 22:19

“Ukraynada ermənilər əvvəldən cinayət aləmində olublar. Onların xisləti belə cinayətkarlıqdır. Ermənilər burada “qabiliyyət”ləri və tanışlıqları hesabına irəli gediblər. Onları irəli çəkən erməni diasporası olmayıb, yalnız fərdi “qabiliyyət”ləri hesabına bu mümkün olub. Onların bir-birilərinə münasibəti də bizim kimi deyil. Bir şeyə əminəm ki, onların hakimiyyətdə təmsil olunmasını diaspora ilə bağlamaq olmaz”.

Bu sözləri Modern az-a Dnepr vilayətində ilk diaspor təşkilatının qurucusu, tarixçi Eldar Tağıyev bildirib.

1955-ci ildə Laçın rayonunda anadan olan Eldar Tağıyev ali təhsilini Azərbaycanda alıb. 1985-ci ildən isə Ukraynada yaşayır. Eldar müəllim Ukraynaya məhz işləmək məqsədilə gəlib.

 

O, Diaspor təşkilatlarının Ukraynada fəaliyyəti barədə danışarkən bildirib ki, bu fəaliyyətə 1988-ci ildən - Qarabağ hadisələrindən sonra başlayıb:

“Sovet mətbuatında hadisələrin gedişatı barədə düzgün məlumat verilmirdi. Ermənilərin mətbuatda adamları çox idi. Hadisələr onların xeyirinə işıqlandırılırdı. Biz isə mərkəzi mətbuatın hadisələrə münasibətini göstərməyə başladıq. O vaxt SSRİ-yə daxil olan digər ölkələrdə olduğu kimi Ukraynada da milli hərəkat başlandı. Bir təşkilat yarandı. Həmin təşkilatın üzvü oldum. Onlar mərkəzi hakimiyyətin mövqeyini deyil, milli mövqeyi göstərən yeganə təşkilat idilər. 1990-cı ilin 20 yanvarından sonra fəaliyyətimiz daha da gücləndi. Çünki hadisəni ictimaiyyətə başqa cür çatdırırdılar. O vaxt Azərbaycanda imtahan verib, Ukraynada təhsil alanlar var idi. Dneprin ali məktəblərində də xeyli belə azərbaycanlı vardı. Bizə əsas köməyi də elə onlar etdilər. Kiyevdə müəyyən canlanma vardı. 

Akademikimiz Nadir Əlişov da burada bir təşkilat yaratdı. Azərbaycanda müharibə gedəndə biz reaksiya verirdik.

Biz Dneprdə “Savalan cəmiyyəti” adlı təşkilat yaratdıq. Uzun müddət sonra səfirliklər yaradıldı, Azərbaycanın bu işə marağı artdı. Müəyyən işlər görülürdü. Azərbaycanlılar Ukraynada məskunlaşanda ilk istiqamətlərdən biri Dnepr olub. Ukraynada “Yusif Vəzir Çəmənzəminli”, Dneprdə “Savalan”, Ukraynada “Millət” adlı ilk Azərbaycan qəzeti çap edildi. Bizdə üç dövrü mətbuat olub: “Savalan”, “Abşeron” və “Odina Azərbaycana”. “Odina Azərbaycana” bugünəcən də hər ay çap olunur. Digərləri isə fəaliyyətini dayandırıb. Dneprdəki məktəb də onun sədrinindir. Neçə ildir ki, fəaliyyətini davam etdirir”.

 

Eldar müəllim Ukraynadakı Azərbaycan məktəblərindən də söz açıb:

“Dnepr dispora üçün böyük bir bina alınmışdı. Hətta 600 nəfərlik akt zalı vardı. Oranı 6-7 nəfər öz gücü ilə almışdı. Sadəcə o vaxt Nazim İbrahimovun səhvi ucbatından o, əsas təşkilat kimi qəbul olunmadı və onlar ruhdan düşdülər. O vaxtkı diaspor sədri müəyyən bir təşkilatı əsas sayır, digərlərinə isə ögey münasibət bəsləyirdi. Onların birləşməsi üçün addım atmırdı. İndiki sədr olmasaydı, Nazim müəllimin ənənəsi indi də davam edəcəkdi. Bu təşkilat onun gücünə birləşdi. Nazim müəllim “parçala, hökm sür” şüari ilə fəaliyyət göstərirdi.

Qısası, o insanlar gedişatdan narazı olub etiraz bildirdilər. Onar da təşkilat yaratdılar. Amma fəaliyyətlərinə qiymət verilməyəndən sonra məcburən buna son qoydular. Təkilatın adı “Dnepr Azərbaycanlılar Liqası” idi.  Onlardan bir nəfər o təşkilatı saxladı. Özü yenidən ayrı ofis aldı. Muzey də, məktəb də hazırda onun içərisindədir.  Burada rəqs dərnəyi, musiqi qrupu fəaliyyət göstərir. Hər sahədə Azərbaycan məktəbi yaradılıb.  Orada 2-3 qrupla məşğul olurlar. Böyük və kiçik qruplar var.  Nə vaxt gəlsəm, görürəm ki, sinifdə yer yoxdur, hər yer dolub. Təxmini 100 nəfər ora qəbul olunub”.

Eldar Tağıyevin sözlərinə görə, Dneprdəki azərbaycanlıların əsas məşğuliyyəti ticarətdir: “Bəziləri restoran biznesi ilə də məşğuldurlar. Dövlət sistemində çalışan həmvətənlərimiz çox azdır. Bizim millətin pula meyli onların dövlət sistemində çalışmasına imkan vermədi. Çünki bu sahədə əməkhaqqı azdır. Bu sahədə irəliləmək müəyyən qədər vaxt alır. Azərbaycanlıların isə buna səbri çatmır. Düşünürlər ki, “bir dükan alım, gedib orada işləyim”.

 

Erməni diasporunun Ukraynada fəaliyyətinə gəlincə isə Eldar müəllim deyir ki, Ukraynada  ermənilər cinayət aləmində olublar: “Onların xisləti belə cinayətkarlıqdır. Ermənilər burada “qabiliyyət”ləri və tanışlıqları hesabına irəli gediblər. Onları irəli çəkən erməni diasporası olmayıb, Yalnız fərdi “qabiliyyət”ləri hesabına... Onların bir-birilərinə münasibəti də bizim kimi deyil. Bir şeyə əminəm ki, onların hakimiyyətdə olmasını diaspora ilə bağlamaq olmaz. Onların öz millətinə əl tutub tutmaması isə ikinci dərəcəli məsələdir. Vəzifədə olanın ermənilik etdiyini deyə bilmərəm. Amma genosid məsələlərində hər zaman öz millətlərinin tərəfindədirlər. 

Biz avantürist millət deyilik. Aramızda elə biri yoxdur ki, səhərdən axşamacan elə irəli getməyə çalışsın. O “qabiliyyət” ermənilərdə var. Amma biz pillə-pilə irəliləyirik. Ziyalılıq səviyyəmiz, hakimiyyətlə əlaqələrimiz qat-qat güclənir. Xalqımızı tanıdıqca bizə hörmətləri artır. Bilirsiz, onlar bizə hörmət etməyə məcburdurlar. Çünki bizi qəbul etməyən, qara camaat hesab edən müəyyən ziyalı qüvvəsi artıq hiss edir ki, qarşısındakı tam formalaşmış insanlardır”.

 

Eldar müəllim qeyd edib ki, diaspor təşkilatlarının ilk yaradıcılarından biri də elə özü olub:

“O təşkilatlar parçalanda ən çox ürəyi ağrıyan mən olmuşam. Amma hər kəslə münasibətimi saxlaya bildim. Hikmət Cavadovun təşkilatı yaranandan sonra onlara xoş münasibətim olub. Hikmət bəyin o regionda səlahiyyətli nümayəndəsi olmuşam. Onlar birləşənə qədər Hikmət bəyin komandasına yaxın olmuşam”.

 

Ukraynada Laçın nisgilinə gəlincə isə o, yaratdığı şirkətdən söz açıb:

“1994-cü ildən burada bir şirkət yaratdım. İndiyəcən də fəaliyət göstərir. Adı “Laçın”dır. Fəaliyyətimi ancaq onunla bağlamışam. Hamı bilir ki, erməni təbliğatına qarşı çıxanlar arasında mənim də öz dəsti-xəttim var. Böyük arxiv sahibiyəm. Ermənilərə qarşı boş deyil, tutarlı, arqumentli mübarizə aparmışam. Feysbukda yazdıqlarımı hətta ermənilərin özləri də inkar edə bilmirlər. Laçın işğal olunandan bugünəcən bütün fəaliyyətim ermənilərlə mübarizə olub.

Övladlarım isə burada doğulub böyümələrinə baxmayaraq, Azərbaycanca mənim kimi danışırlarsa, deməli ölkəmiz üçün lazımlı şəxsiyyətlərdir”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər