Modern.az

Lavrovdan ABŞ-a ittiham

Lavrovdan ABŞ-a ittiham

14 Aprel 2019, 00:18

“ABŞ Venesuela prezidenti Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq cəhdlərini davam etdirir. Halbuki bundan əvvəl amerikalıların Venesuelada dövlət çevrilişi cəhdi uğursuz olub”. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Rusiyalı nazir qeyd edib ki, ABŞ dünyada nüfuzunun zəifləməsinə rəğmən əvəzolunmaz ölkə statusunu qorumağa çalışır və digər dövlətləri sıxışdıraraq boğmaq niyyətindədir.

Lavrov bildirib ki, Vaşinqtonun XXI əsrin reallıqları ilə barışmaq istəməməsi böyük destruktiv gücə malikdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər