Arxiv
14 Aprel 2019, 16:30 | DİASPOR
“Ən güclü Azərbaycan diasporu Ukraynadadır” - Komitə sədri

Ukrayna Azərbaycanlıları Radasının (RAU) təsis qurultayında iştirak etmək üçün Kiyevdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov və qurultay nümayəndələri bu gün Ukraynanın Xalq rəssamı Katib Məmmədovun sərgisinin açılış mərasimində iştirak ediblər.

 

Modern.az xəbər verir ki, açılışdan sonra K.Məmmədov sərgi və burada nümayiş etdirilən əsərlərlə bağlı məlumat verib.

 

Daha sonra Ukrayna Azərbaycanlılarının Radasının əsas qərargahı kimi təklif edilən ofislə tanışlıq olub. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov qonaqları qərargahda yaradılmış şəraitlə yaxından tanış edib. Bildirib ki, RAU-nun mərkəzi ofisinin burada yerləşməsi məqsədəuyğun olardı.

 

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov RAU-nun yaradılmasına və bugünkü tədbirə görə Ukraynadakı diaspor rəhbərlərinə öz təşəkkürünü bildirib. Deyib ki, bu ölkədəki Azərbaycan diasporu istər təşkilatlanma, istər müxtəlif sahələrdə qazandığı uğurlar baxımından ən güclü diaspordur: “Ukrayndadakı soydaşlarımız, eyni zamanda çox vətənpərvər insanlardı. Biz sizinlə fəxr edirik”.

 

Qeyd edək ki, F.Muradov Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təsis etdiyi medalla təltif olunub. Hazırlanmış 100 ədəd medalın 100 nömrəlisi DİDK-in sədrinə təqdim edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TANAP yayda hazır olacaq 18 Aprel 2019, 22:19 Oqtay Əsədov Valentina Matviyenkonu medalla təltif etdi 18 Aprel 2019, 21:54 Paytaxt sakini özünü yaşadığı binadan atdı 18 Aprel 2019, 21:34 “Qarabağ” qələbə qazanaraq liderliyini möhkəmləndirdi 18 Aprel 2019, 21:17 Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq müzakirə edildi 18 Aprel 2019, 21:01 Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00