Modern.az

Komitə sədrindən diaspora ÇAĞIRIŞ: “Azərbaycançılıq ideyalarına xidmət edən istənilən layihə maliyyələşdiriləcək

Komitə sədrindən diaspora ÇAĞIRIŞ: “Azərbaycançılıq ideyalarına xidmət edən istənilən layihə maliyyələşdiriləcək”

14 Aprel 2019, 18:00

Aprelin 14-də Ukrayna Azərbaycanlıları Radasının (RAU) təsis qurultayı keçirilib.

 

Modern.az xəbər verir ki, qurultayda iştirak edən Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Diaspor Fondunun məramları barədə RAU-nun üzvlərinə məlumat verib:

 

"Hər bir üzv özünü RAU-nun sahibi hiss etməlidir. Diaspor Fondu birləşən diaspor təşkilatlarına yardım edəcək. Azərbaycana və azərbaycançılıq ideyalarına xidmət edən istənilən layihə fərdi və təşkilat səviyyəsində Fond tərəfindən maliyyələşdiriləcək. Fondun təsis olunması münasibətilə bütün diaspor nümayəndələrini təbrik edirəm, cənab prezident İlham Əliyevə təşəkkürümü bildirirəm".

 

Qurultayın sonunda Azərbaycan Prezidentinə Ukrayna Azərbaycanlıları Radasının adından müraciət unvanlanıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir