Modern.az

Zelenski  Poroşenko ilə debata gəlmədi

Zelenski  Poroşenko ilə debata gəlmədi

14 Aprel 2019, 23:37

Ukraynada prezidentliyə namizəd Vladimir Zelenski Kiyevin mərkəzi “Olimpiya” stadionuna Petro Poroşenko ilə debata getməyib. Modern.az yerli mediaya istinadən xəbər verir ki, P.Poroşenko öncədən elan etdiyi kimi debat üçün stadiona gəlib. O, V.Zelenskiyə bir saata qədər stadionda gözlədiyini bəyan edib.

 

Zelenski iştirakdan imtina etdiyi üçün P.Poroşenko stadionda təkbaşına seçki paltformasını açıqlayıb. O, Zelenskini sabah da debata dəvət edib. Bildirib ki, aprelin 15-də ICTV telekanalında debatda gözləyir.

 

Qeyd edək ki, V.Zelenski stadionda debatın aprelin 19-da keçirilməsini təklif edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər