Arxiv
15 Aprel 2019, 12:43 | AKTUAL
"Qarabağda qanunsuz iqtisadi fəaliyyət narkotrafikə şərait yaradır" - Baş nazir

"Dünya ictimaiyyəti hərbi münaqişə zonalarından narkotiklərin qanunsuz dövriyyəsi üçün istifadə olunmasından narahatlıq hissi keçirir. Azərbaycan da belə bir problemlə üzləşib. 25 ildən çoxdur ki, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ətraf yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib".

 

Modern.az-ın məlumatına görə, bunu Baş nazir Novruz Məmmədov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zaman deyib.

 

N.Məmmədov bildirib ki, Azərbaycanın işğal altındakı ərazilərindən narkotik vasitələrin istehsalı və tranzit üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə münbit şərait yaradır:

 

“Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizə cəlb edilən şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti işğalın davam etdirilməsinə, eləcə də narkotrafikə və digər cinayət hallarına şərait yaradır".

 

Baş nazir qeyd edib ki, bu halların aradan qaldırılması üçün işğal olunmuş ərazilərdə iqtisadi-maliyyə fəaliyyətlərinin, pul köçürmələrinin, sərmayə yatırımlarının qarşısı alınmalıdır:

 

"Azərbaycan tərəfindən sözügedən vəziyyətə nəzarət edilməsi məqsədilə müvafiq qara siyahılar tərtib olunub. Bununla bağlı Azərbaycan işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətə cəlb olunan fiziki və hüquqi şəxslərin mənsub olduğu ölkələri müvafiq tədbirlər görməyə çağırır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TANAP yayda hazır olacaq 18 Aprel 2019, 22:19 Oqtay Əsədov Valentina Matviyenkonu medalla təltif etdi 18 Aprel 2019, 21:54 Paytaxt sakini özünü yaşadığı binadan atdı 18 Aprel 2019, 21:34 “Qarabağ” qələbə qazanaraq liderliyini möhkəmləndirdi 18 Aprel 2019, 21:17 Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq müzakirə edildi 18 Aprel 2019, 21:01 Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00