Arxiv
15 Aprel 2019, 14:17 | AKTUAL
Azərbaycan Beyrut Beynəlxalq  Su Həftəsində 

8-10 aprel 2019-cu il tarixlərində Livanda 7-ci Beyrut Beynəlxalq  Su Həftəsi keçirilib. Su həftəsi çərçivəsində təşkil olunan tədbirlərdə iştirak etmək üçün “Azərsu” ASC-nin sədri, Dünya Su Şurası İdarə Heyətinin üzvü Qorxmaz Hüseynovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Livanda səfərdə olub.


“Azərsu”dan Modern.az-a bildirlib ki, 2008-ci ildən indiyədək keçirilən Beyrut Su Həftəsi Aralıq dənizi və digər ölkələrlə birgə əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Həftə çərçivəsində bir sıra tədbirlər, o cümlədən Dünya Su Şurası İdarə heyətinin 68-ci iclası keçirilib. İclasda Şuranın növbəti 3 illik Fəaliyyət Planı, 8-ci Dünya Su Forumunun son hesabatları, 9-cu Dünya Su Forumuna hazırlıq işləri və digər məsələlər müzakirə olunub.


Tədbirdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda içməli su təchizatı və sanitariya xidmətləri barədə məlumat verib. Bildirib ki, “Azərsu” ASC suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir,  tullantı sularının təmizlənməsini təmin edir. Eyni zamanda,  su və sanitariya sahəsində layihələndirmə və  inşaat, işlərini həyata keçirir. 2013-cü ildən Dünya Su Şurasına üzv olan  Səhmdar Cəmiyyət bu təşkilatla sıx əməkdaşlıq edir.


İclasda təşkilati məsələlərə də baxılıb. Dünya Su Şurasına 9 yeni üzvün qəbul olunması müzakirə edilib və müsbət qərar qəbul olunub. Qeyd edək ki, onlardan 2-si – Caspian Business Management and Consulting və Ekol Mühəndislik Xidmətləri şirkətləri  Azərbaycandan quruma yeni üzv seçilib.


Səfər müddətində “Azərsu” ASC-nin sədri Q.Hüseynov Dünya Su Şurasının  prezidenti Lui Fuşon, Beynəlxalq Su Resursları Asossiasiyasının fəxri prezidenti Patrik Lavarde, Mərakeşin İçməli Su və Enerji üzrə Milli Agentliyinin direktoru Abdelrahim El Hafidi, Türkiyə Su İnstitutunun prezidenti Ahmet Saatçi, Portuqaliya Su və Tullantı Su Xidmətləri Asossiasiyasının prezidenti Rui Qodinho, Su üzrə Beynəlxalq Ofisin icraçı direktoru Erik Tardieu, Koreya Su Forumunun meneceri Jiyeon June Lee və digər rəsmi şəxslərlə qarşılıqlı maraq doğuran məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıb.   

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
UNEC alimlərinin dünya elminə töhfəsi   19 Aprel 2019, 12:22 Azərbaycanda 6 milyard dollarlıq layihə təsdiqləndi   19 Aprel 2019, 12:19 Dəyirmi masa - “Heydər Əliyev və Azərbaycan məfkurəsi” 19 Aprel 2019, 12:18 Qəbələdə güzəştli gübrə satıldı 19 Aprel 2019, 12:15  “Real” transferlərə rekord pul xərcləməyə hazırdır 19 Aprel 2019, 12:10 Quardiola Messisiz bacarmır 19 Aprel 2019, 12:07 Obyektlərin elektrik şəbəkəyə qoşulması asanlaşacaq 19 Aprel 2019, 12:05 Məşhur vokalçı Amil Həsənoğluna direktor vəzifəsi verildi 19 Aprel 2019, 12:05 Avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyuldu 19 Aprel 2019, 12:00 “Azərbaycanda hər il azı 20 min abort etdirilir” 19 Aprel 2019, 11:51 BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı 19 Aprel 2019, 11:45 Alış-veriş edən vətəndaş ƏDV-ni nə vaxtdan geri ala biləcək? - AÇIQLAMA 19 Aprel 2019, 11:28 Diplomatlar Şamaxıya getdilər 19 Aprel 2019, 11:28 Rəsmi Bakı Ermənistana çağırış etdi 19 Aprel 2019, 11:25 Milli parklarda “açıq qapı” günü keçiriləcək   19 Aprel 2019, 11:14 Azərbaycanlı çinşünas alimin rəyi Çin mətbuatında dərc olunub   19 Aprel 2019, 11:10 AZƏRTAC-ın sədrliyi keçirilən iclaş başladı 19 Aprel 2019, 11:10 Deputat  kənd sakinlərininin şikayətlərini dinllədi 19 Aprel 2019, 11:10 “Bölgələrdən Bölgələrə” maraqla qarşılanır 19 Aprel 2019, 11:05 Azərbaycanda axtarışda olan 18 nəfər saxlanılıb 19 Aprel 2019, 10:43