Arxiv
15 Aprel 2019, 15:03 | HADİSƏ
Bakıda “Pablo Eskobar” və şəbəkəsi ifşa edildi - FOTOLAR

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri aşkar edilərək məsuliyyətə cəlb ediliblər.

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

 

Belə ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı paytaxt sakini Kənan Cavadov rayon ərazisində bir neçə mənzildən məişət, elektronika. qızıl-zinət əşyaları və pul oğurlamaqda şübhəli bilindiyi üçün polislər tərəfindən saxlanılıb.

 

O, ifadəsində oğurladığı əşyaları Xətai rayon ərazisində yaşayan Elxan adlı şəxsə verərək əvəzində şəxsi istifadə üçün ondan narkotik vasiitələr aldığını bildirib.

 

İdarə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə K.Cavadova narkotik vasitələri satan paytaxt sakinin əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Məmmədov saxlanılıb.

Onun yaşadığı evə baxış zamanı 1 kiloqram 510 qram narkotik vasitə olan heroin, 6 kiloqram 50 qram qurudulmuş marixuana, 1,590 qram dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin, həmçinin K.Cavadovun müxtəlif mənzillərdən oğurlayaq ona verdiyi əşyaları aşkar edilərək götürülüb.

 

E.Məmmədovun yaşadığı evdə həmçinin narkotik vasitələrin qəbulu üçün ayrılmış xüsusi otaq da müəyyən edilib. Həmin otaqda o, narkotik vasitələri satdığı şəxlərə elə orada narkotikləri qəbul etmək üçün şərait yaradıb.

 

E.Məmmədov saxlanılan zaman onun evində narkotik vasitə qəbul edən daha 4 nəfər -  paytaxt sakinləri Elşad Seyidov, Vaqif  Məmmədov, Samir Qurbanov və Yalçın Hüseynov da tutulublar. Onların üzərlərinə baxış zamanı şəxsi istifadələri üçün E.Məmmədovdan aldıqları  heroin və metamfetamin aşkar edilərək götürülüb.

 

Polis əməkdaşları E.Məmmədovdan aşkar edilən narkotik vasitələrinin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirərək ona bu maddələri satan paytaxt sakini Məhəmməd Məmmədzadəni də saxlayıblar. M.Məmmədzadənin Xətai rayonunda yaşadığı evə baxış zamanı 504 qram heroin və 227,454 qram metamfetamin aşkar edilib.

İstintaq zamanı müəyyən edilib ki, E.Məmmədovla M.Məmmədzadəni Salyan rayon sakini Vadim Kazımov tanış edib. Daha sonra M.Məmmədzadə narkotik vasitələri V.Kazımov vasitəsilə E.Məmmədova verərək satışını təşkil edib. Əməliyyat zamanı V.Kazımov da müəyyən edilərək saxlanılıb.

 

Qeyd edək ki, narkotik vasitələrin satışını təşkil edən M.Məmmədzadə özünə ötən əsrin 80-ci illərində dünyanın ən təhlükəli narkobaronlarından biri olmuş Pablo Eskobarı nümunə götürərək hətta sinəsinə belə onun adını döymə ilə yazdırıb.

 

Faktla bağlı saxlanılan şəxs barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda “ərəb” ləqəbli narkotacir saxlanılıb 19 Aprel 2019, 13:14 Azərbaycanlı jurnalistlər Ermənistana və Qarabağa getsin, getməsin? – Deputatlar da DANIŞDILAR 19 Aprel 2019, 13:02 Dövlət büdcəsində 403,8 mln. manatlıq profisit yaranıb 19 Aprel 2019, 12:48 Adil Əliyev sədr müavini seçildi 19 Aprel 2019, 12:41 Selektiv abortlarla bağlı həyəcan TƏBİLİ – Azərbaycan riskli ölkələr qrupunda... 19 Aprel 2019, 12:32 Muxtar Babayev vətəndaşları dinlədi 19 Aprel 2019, 12:29 Baş pediatrdan valideynlərə  peyvəndlə bağlı XƏBƏRDARLIQ 19 Aprel 2019, 12:29 UNEC alimlərinin dünya elminə töhfəsi   19 Aprel 2019, 12:22 Azərbaycanda 6 milyard dollarlıq layihə təsdiqləndi   19 Aprel 2019, 12:19 Dəyirmi masa - “Heydər Əliyev və Azərbaycan məfkurəsi” 19 Aprel 2019, 12:18 Qəbələdə güzəştli gübrə satıldı 19 Aprel 2019, 12:15  “Real” transferlərə rekord pul xərcləməyə hazırdır 19 Aprel 2019, 12:10 Quardiola Messisiz bacarmır 19 Aprel 2019, 12:07 Obyektlərin elektrik şəbəkəyə qoşulması asanlaşacaq 19 Aprel 2019, 12:05 Məşhur vokalçı Amil Həsənoğluna direktor vəzifəsi verildi 19 Aprel 2019, 12:05 Avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyuldu 19 Aprel 2019, 12:00 “Azərbaycanda hər il azı 20 min abort etdirilir” 19 Aprel 2019, 11:51 BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı 19 Aprel 2019, 11:45 Alış-veriş edən vətəndaş ƏDV-ni nə vaxtdan geri ala biləcək? - AÇIQLAMA 19 Aprel 2019, 11:28 Diplomatlar Şamaxıya getdilər 19 Aprel 2019, 11:28 Rəsmi Bakı Ermənistana çağırış etdi 19 Aprel 2019, 11:25 Milli parklarda “açıq qapı” günü keçiriləcək   19 Aprel 2019, 11:14 Azərbaycanlı çinşünas alimin rəyi Çin mətbuatında dərc olunub   19 Aprel 2019, 11:10 AZƏRTAC-ın sədrliyi keçirilən iclaş başladı 19 Aprel 2019, 11:10 Deputat  kənd sakinlərininin şikayətlərini dinllədi 19 Aprel 2019, 11:10 “Bölgələrdən Bölgələrə” maraqla qarşılanır 19 Aprel 2019, 11:05 Azərbaycanda axtarışda olan 18 nəfər saxlanılıb 19 Aprel 2019, 10:43 Yol Polisi “Təmiz hava” aylığına başladı 19 Aprel 2019, 10:37 Şuşanın ən son FOTOSU 19 Aprel 2019, 10:35 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrin vaxtı məlum oldu 19 Aprel 2019, 10:35