Arxiv
15 Aprel 2019, 16:06 | AKTUAL
Gənclərin Məşğulluğu Proqramı başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu tərəfindən Gənclərin Məşğulluğu Proqramına start verilib.  


Modern.az xəbər verir ki, bununla əlaqədar keçirilən mətbuat konfransında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ölkə gənclərinin hərtərəfli inkişafına şərait yaradılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb. F.Cəfərov Fondun bu sahədə gördüyü işlər sırasında gənclərin məşğulluğunun dəstəklənməsinin mühüm yer tutduğunu, hazırda başlanan Gənclərin Məşğulluğu Proqramının qeyd olunan istiqamətdə növbəti addım olduğunu qeyd edib.

Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev dövlət başçısının uğurlu sosial-iqtisadi siyasətində gənclərin məşğulluğunun təmin edilməsinin mühüm yer tutduğunu bildirib. O, gənclərlə bağlı həyata keçirilən aktiv məşğulluq tədbirlərindən bəhs edib, yeni icrasına başlanan  proqramın gənclərin əmək bazarına inteqrasiyasında önəmli rola malik olacağını diqqətə çatdırıb.

Mətbuat konfransında qeyd olunub ki, Gənclərin Məşğulluğu Proqramının  məqsədi gənclərin uğurlu karyera planlaşdırmasına (ixtisas üzrə iş tapmaq), əlavə iş (xüsusilə də regionlarda) yerlərinin yaradılmasına, iş üçün müraciət edən gəncin ilk iş təcrübəsi qazanmasına, əmək bazarında rəqabətin artırılmasına dəstək verməkdir.

Ali və orta-ixtisas təhsili müəssisələrinin 29 yaşına qədər olan məzunları Proqram çərçivəsində işə cəlb olunacaqlar. Onlarla minimum 1 illik əmək müqaviləsi bağlanacaq və müəyyən müddətə əmək haqqının bir  qismi Fond tərəfindən maliyyələşdiriləcək.  Gənclər üçün Gənclər Fondu və Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil ediləcək karyera planlaması və peşə təlimlərində iştirak etmək imkanı da yaradılıb.

Proqramın icrası zamanı  sosial cəhətdən həssas kateqoriyalardan (əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, məcburi köçkünlər və s.) olanlara, regionlarda yaşayanlara, iş təcrübəsi olmayanlara üstünlük veriləcək. Proqrama ilk qəbul 15 aprel-30 may tarixlərini əhatə edəcək. Proqrama müraciət edən gənclərdən iş tapılmasında çətinlik yaranan şəxslər olduqda, onların siyahısı Fond tərəfindən tərtib edilərək Dövlət Məşğulluq Xidmətinə təqdim olunacaq və Xidmət tərəfindən onların məşğulluğu təmin ediləcək.

Proqramın icrası prosesi il boyu davam etdiriləcək, təklif olunan vakansiyalar mütəmadi olaraq, yenilənəcək. Həmçinin işə qəbul olunan gənclərin əmək fəaliyyətinə Gənclər Fondu tərəfindən davamlı olaraq monitorinq həyata keçiriləcək.

İştirak etmək istəyən gənclər Fondun internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçib, elektron xidmətlər bölməsindən onlayn qaydada müvafiq vakansiya üzrə müraciətlərini göndərə bilərlər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Selektiv abortlarla bağlı həyəcan TƏBİLİ – Azərbaycan riskil ölkələr qrupunda... 19 Aprel 2019, 12:32 Muxtar Babayev vətəndaşları dinlədi 19 Aprel 2019, 12:29 Baş pediatr peyvənddən yayındırılan körpələrin valideynlərinə XƏBƏRDARLIQ ETDİ 19 Aprel 2019, 12:29 UNEC alimlərinin dünya elminə töhfəsi   19 Aprel 2019, 12:22 Azərbaycanda 6 milyard dollarlıq layihə təsdiqləndi   19 Aprel 2019, 12:19 Dəyirmi masa - “Heydər Əliyev və Azərbaycan məfkurəsi” 19 Aprel 2019, 12:18 Qəbələdə güzəştli gübrə satıldı 19 Aprel 2019, 12:15  “Real” transferlərə rekord pul xərcləməyə hazırdır 19 Aprel 2019, 12:10 Quardiola Messisiz bacarmır 19 Aprel 2019, 12:07 Obyektlərin elektrik şəbəkəyə qoşulması asanlaşacaq 19 Aprel 2019, 12:05 Məşhur vokalçı Amil Həsənoğluna direktor vəzifəsi verildi 19 Aprel 2019, 12:05 Avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyuldu 19 Aprel 2019, 12:00 “Azərbaycanda hər il azı 20 min abort etdirilir” 19 Aprel 2019, 11:51 BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı 19 Aprel 2019, 11:45 Alış-veriş edən vətəndaş ƏDV-ni nə vaxtdan geri ala biləcək? - AÇIQLAMA 19 Aprel 2019, 11:28 Diplomatlar Şamaxıya getdilər 19 Aprel 2019, 11:28 Rəsmi Bakı Ermənistana çağırış etdi 19 Aprel 2019, 11:25 Milli parklarda “açıq qapı” günü keçiriləcək   19 Aprel 2019, 11:14 Azərbaycanlı çinşünas alimin rəyi Çin mətbuatında dərc olunub   19 Aprel 2019, 11:10 AZƏRTAC-ın sədrliyi keçirilən iclaş başladı 19 Aprel 2019, 11:10