Modern.az

Məmmədyarovla-Mnatsakanyan Moskvada görüşdü - Bəs nəticə?

Məmmədyarovla-Mnatsakanyan Moskvada görüşdü - Bəs nəticə?

15 Aprel 2019, 16:11

Bu gün Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Rusiya XİN başçısı Sergey Lavrovun da iştirak etdiyi görüşün yekun bəyanatı hələlik yayılmayıb.

 

Son zamanlar danışıqlarda müzakirə predmeti olaraq, humanitar məsələlər, əsir və girovların mübadiləsi ön plana çəkilir. Bu gün keçirilən görüşdə də sözügedən müzakirələrin aparılacağı gözlənilirdi.

 

Bu barədə Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə isə Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda humanitar məsələlər həmişə müzakirə olunub. Sabiq XİN başçısı bildirib ki, danışıqlar nəticəsində müxtəlif mərhələrdə əsir və girovların mübadiləsi aparılıb:

 

“Münaqişənin ilkin illərində danışıqlar aparılan zaman görüşlərdə Birləşmiş Millətlər Təşkilatının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri də iştirak edirdilər. Hərbi əməliyyatlar gedən vaxtı və yenicə bitən illərdə humanitar məsələlər aktiv müzakirə olunurdu. Həmin proseslər zamanı bizim çoxlu vətəndasşlarımız erməni əsirliyindən azad olundu. Mənim yadımdadır ki, 1994-cü ildə danışıqlar nəticəsində təxmini 30-a yaxın qadın və uşaq Azərbaycana qaytarıldı. Ermənistan ərazisində girovlarımız olduğundan indi də bu məsələ aktuallaşıb. Ona görə, bu məsələdə müsbət nəticələrin əldə edilməsi vacib olar”.

 

Danışıqların nəticələri barədə gözləntilərə gəlincə, T. Zülfüqarovun fikrincə, əsaslı irəliləyişlərə ümid yeri yoxdur:

 

“Danışıqlar vasitəçilik formasında keçirilir. Həmsədrlər fövqəl dövlətləri təmsil edirlər, amma dövlət adından hansısa təzyiqləri istifadə etmirlər. Təcrübə göstərir ki, ermənilər torpaqları azad etməyəcək. Ancaq öz gücümüzə ümid edə bilərik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir