Modern.az

Təhsil Nazirliyi internatda uşaqların aşağılandığı iddiasını araşdırır  

Təhsil Nazirliyi internatda uşaqların aşağılandığı iddiasını araşdırır   

Aktual

15 Aprel 2019, 16:22

“Ötən gün Leyla Ucalın şəxsi “Facebook” səhifəsində 2 nömrəli internat məktəbi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət olaraq müəllif Təhsil Nazirliyinə dəvət edilib və qeyd olunan məsələnin təfərrüatları bu gün onun iştirakı ilə müzakirə ediləcək”.

Bunu Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov 2017-ci ildə internatda kimya müəlliməsi işlədiyi 2 həftə ərzində uşaqların təhqir edildiyini söyləyən Leyla Ucalın fikirlərinə münasibət bildirərkən deyib.

Nazirlik rəsmisi bildirib ki, bəhs edilən internat məktəbinə bir neçə media qurumu bu gün səfər edib.

“Orada olan vəziyyətlə bilavasitə özləri tanış olub və yaxın saatlarda bu barədə reportajlar təqdim edəcəklər. Məlumat üçün bildirirəm ki, son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəif media qurumlarının iştirakı ilə dəfərlərlə tanışlıq səfərləri təşkil edilib və Nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib”.

Qeyd edək ki, Leyla Ucal, 2017-ci ildə internatda kimya müəlliməsi işlədiyi 2 həftə ərzində uşaqların təhqir edildiyinin, döyüldüyünün şahidi olduğunu yazıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!