Modern.az

“Jurnalistlərin Bakı və Yerevana səfərləri təşkil olunacaq” - NAZİR

“Jurnalistlərin Bakı və Yerevana səfərləri təşkil olunacaq” - NAZİR

15 Aprel 2019, 19:12

"Azərbaycan və Ermənistan jurnalistlərinin Bakı, Yerevan və Dağlıq Qarabağa səfərləri təşkil olunacaq". 

 

Modern.az Report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Rusiyanın paytaxtı Moskva şəhərində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla keçirilən görüşdə razılığa gəlinib:

 

"Bundan başqa, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrində kənd təsərüfatı ilə məşğul olan əhaliyə heç bir mane törədilməməsi və təhlükəsizliklərinin təmin olunması barədə də razılıq əldə olunub. Ümid edirəm ki, Ermənistan tərəfi buna hörmətlə yanaşacaq və sakinlərə öz torpaqlarında işləməyə imkan yaradılacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir