Arxiv
16 Aprel 2019, 09:37 | AKTUAL
Yuxusuzluq xəstəlikdir - İnsan gündə neçə saat yatmalıdır?

Yuxusuzluq son illər insanların ən çox əziyyət çəkdiyi problemlərdən biridir. Yuxusuzluq ayrıca bir xəstəlik olduğu kimi bəzən depressiya, həyəcan pozuntusu və panikatakla yanaşı olur. Tibbdə bu problemin adı insomnia (yuxusuzluq) adlandırılır və ondan insanların təxminən 25 faizi əziyyət çəkir. Alimlər yuxudan doymayan adamların bütün işləri ləng gördüyünü müəyyən ediblər. Yuxu rejminin pozulmasında yaranan yorğunluq isə çox vaxt daimi hal alır.


Yuxusuzluğun diqqqətsizlik , əsəb və stress hallarından başqa daha ciddi fəsadlara səbəb olunduğu aşkar olunub. Ümumilikdə yuxusuzluq 90-dan çox xəstəliyin əlamətidir. ABŞ-da aparılan tədqiqatlara əsasən müəyyən olub ki, yuxunun pozulması piylənməyə və arterial təyziqin yüksəlməsinə səbəb ola bilər.


Mütəxəssislər yuxunun pozulması ilə bağlı bir neçə amil göstərirlər. Məsələn, günorta yuxusu, hava qaralmadan yatağa girmək, ağır şam yeməyi, yataq otagına gələn səs, işıq, gecəyə qədər davam edən iş və yaxud emosional gərginlik də yuxu pozuntularına səbəb olur. Bəzi hallarda yuxusuzluq həzm prosesinin pozulmasından irəli da gəlir, ona görə də qida rasionuna fikir vermək lazımdır. Mədənin dolu olması da yuxuya mane ola bilir.

Yuxusuzluqla üzləşməmək üçün əsas amillərdən biri sinir sisteminin normal fəaliyyət göstərməsidir. Alimlər qeyd ediblər ki, əgər beyin hüceyrələri kifayət qədər istirahət etmirsə, onlar əvvəlki kimi fəliyyət göstərə bilməyəcəklər. Zərər çəkmiş hüceyrələr əsəb pozğunluqlarına və mərkəzi sinir sisteminin işində problemlərə gətirib çıxaracaq.

Bu problemlə bağlı psixoloq Enur Rüstəmov Modern.az-adanışıb:

“Ümumiyyətlə həm fiziki, həm də psixoloji sağlamlığın mühim məqamlarından biri normal yuxu zamanının olmasıdır. Normal yuxu vaxtı norması insanda birbaşa həm fiziki, həm də psixoloji sağlamlığa mühim təsir göstərən faktordur. Bu gün bir çox narahatlıqların - söhbət psixoloji narahatlıqdan gedir- istər aqresiya, istərsə də əxlaq pozuntusu olsun, bir səbəbi də insanların yuxu vaxtının pozulması ilə bağlıdır. Buna təsir göstərən məqamlar içərisində ən mühümləri stress faktoru göstərilir. Əlavə olaraq  insanların ifrat informasiya ilə yüklənməsi, xüsusən də internet resursları onların yuxu vaxtına təsir göstərir və bu da gərginliyə gətirib çıxarır”.

Psixoloq sonda bildirib ki, çox yatmaq da bir narahatlıqdır.
“İnsan 7-8 saat yatmalıdır ki, orqanizm özünü həm fiziki, həm də psixoloji cəhətdən bərpa etsin”.


Novruz NOVRUZLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putun Cənubi Koreyaya gedir 26 Aprel 2019, 00:51 Daxili işlər nazirləri Daşkəndə toplaşır 26 Aprel 2019, 00:32 XİN rəhbərləri Vaşinqtonda görüşə bilər 26 Aprel 2019, 00:14 Azərbaycan nefti ucuzlaşdı 25 Aprel 2019, 23:56 ABŞ Çeçenistanın hökumət başçını ölkəyə buraxmır 25 Aprel 2019, 23:43 Paytaxtda itkin düşən qadın tapıldı 25 Aprel 2019, 23:24 ABŞ İranın məhbusların dəyişdirilməsi təklifini rədd edib 25 Aprel 2019, 23:10 Belçika parlamenti qondarma “erməni soyqırımı”nı rədd etdi 25 Aprel 2019, 22:54 Çingiz Abdullayev: “Şəhərin müdafiəsi üçün mitinq olsa, ilk mən çıxacam” 25 Aprel 2019, 22:44 Gələn ay kartof və soğan ucuzlaşacaq 25 Aprel 2019, 22:23 Bərdə sakini özünü evində asdı 25 Aprel 2019, 22:11 Nazir ABŞ səfiri ilə müzakirə aparıldı 25 Aprel 2019, 21:56 Moskvadakı atışmada 2 nəfər öldü 25 Aprel 2019, 21:39 Azərbaycan elektron hökumətin yeni modelinə keçəcək 25 Aprel 2019, 21:17 Salyanda yük maşını ilə minik maşını toqquşdu: 9 yaralı 25 Aprel 2019, 21:15 Türkiyədə beş terrorçu məhv edildi 25 Aprel 2019, 21:02 Rusiya paytaxtında bomba həyacanı: 4 000 insan təxliyyə edildi 25 Aprel 2019, 20:54 Gömrük Komitəsi iddialara cavab verdi 25 Aprel 2019, 20:36 Xaçmazda sahibkarların problemləri dinlənildi 25 Aprel 2019, 20:19 Azərbaycan Uruqvaya NOTA verdi - SƏBƏB 25 Aprel 2019, 20:09 "Formula 1" pilotu Bakıda xəstələnib 25 Aprel 2019, 19:41 Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb - FOTO 25 Aprel 2019, 19:30 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 25 Aprel 2019, 19:16 Türkiyədə FETÖ-çülərə qarşı yeni əməliyyat 25 Aprel 2019, 19:10 “Windows”un cinayətkarlar tərəfindən istifadə olunmuş zəif nöqtəsi tapılıb 25 Aprel 2019, 19:04 Nazir Qəbələdə fermerlərlə görüş keçirdi 25 Aprel 2019, 18:56 Azərbaycan XİN-dən Keşikçi Dağı məbədi ilə bağlı yayılan iddialara CAVAB 25 Aprel 2019, 18:50 USAID ABŞ-Azərbaycan Ticarət Palatası ilə saziş imzaladı 25 Aprel 2019, 18:44 Deputat seçicilərinin problemlərini dinlədi 25 Aprel 2019, 18:28 Mehriban Əliyeva Bakıdakı təhsil müəssisələrindəki şəraitlə tanış olub - FOTOLAR 25 Aprel 2019, 18:20 Amerika Film Festivalı “İnsan Ruhunun Qüdrəti” 25 Aprel 2019, 18:16 Məcburi köçkün uşaqlar Formula 1 ilə tanış oldular 25 Aprel 2019, 18:04 ADU-da SƏLİS-in e-vətəndaş proqramının təqdimatı oldu 25 Aprel 2019, 18:01 Magistratura imtahanlarının II mərhələsi üçün proqram seçimi başlanır 25 Aprel 2019, 17:52 Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izlədi - VİDEO 25 Aprel 2019, 17:26