Arxiv
16 Aprel 2019, 11:02 | AKTUAL
Azərbaycandan çıxarılan əcnəbilərin sayı açıqlandı  

2019-cu ilin I rübü ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatla bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX) 136 min 484 müraciət qeydə alınıb.

Bu barədə Modern.az-a Dövlət  Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, rüb ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılmasına görə isə 17 min 282 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun araşdırılıb və müvafiq qərarlar qəbul olunub.

DMX I rüb ərzində ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 3113 qərar qəbul edib.

Qərarlardan 1761-i İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub. Onlardan  1172-si ölkəni tərk etmə, 589-u ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədədir.

Ölkə ərazisinə girişinə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 1234 qərardan 958-i İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 276-sı isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə əlaqədar olub.

55 qərar müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması, 49-u əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya respublikamızda yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlıdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 11,  qanunvericiliyin digər müddəalarının tələblərinin pozulması ilə bağlı isə 3 qərar qəbul edilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putun Cənubi Koreyaya gedir 26 Aprel 2019, 00:51 Daxili işlər nazirləri Daşkəndə toplaşır 26 Aprel 2019, 00:32 XİN rəhbərləri Vaşinqtonda görüşə bilər 26 Aprel 2019, 00:14 Azərbaycan nefti ucuzlaşdı 25 Aprel 2019, 23:56 ABŞ Çeçenistanın hökumət başçını ölkəyə buraxmır 25 Aprel 2019, 23:43 Paytaxtda itkin düşən qadın tapıldı 25 Aprel 2019, 23:24 ABŞ İranın məhbusların dəyişdirilməsi təklifini rədd edib 25 Aprel 2019, 23:10 Belçika parlamenti qondarma “erməni soyqırımı”nı rədd etdi 25 Aprel 2019, 22:54 Çingiz Abdullayev: “Şəhərin müdafiəsi üçün mitinq olsa, ilk mən çıxacam” 25 Aprel 2019, 22:44 Gələn ay kartof və soğan ucuzlaşacaq 25 Aprel 2019, 22:23 Bərdə sakini özünü evində asdı 25 Aprel 2019, 22:11 Nazir ABŞ səfiri ilə müzakirə aparıldı 25 Aprel 2019, 21:56 Moskvadakı atışmada 2 nəfər öldü 25 Aprel 2019, 21:39 Azərbaycan elektron hökumətin yeni modelinə keçəcək 25 Aprel 2019, 21:17 Salyanda yük maşını ilə minik maşını toqquşdu: 9 yaralı 25 Aprel 2019, 21:15 Türkiyədə beş terrorçu məhv edildi 25 Aprel 2019, 21:02 Rusiya paytaxtında bomba həyacanı: 4 000 insan təxliyyə edildi 25 Aprel 2019, 20:54 Gömrük Komitəsi iddialara cavab verdi 25 Aprel 2019, 20:36 Xaçmazda sahibkarların problemləri dinlənildi 25 Aprel 2019, 20:19 Azərbaycan Uruqvaya NOTA verdi - SƏBƏB 25 Aprel 2019, 20:09 "Formula 1" pilotu Bakıda xəstələnib 25 Aprel 2019, 19:41 Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb - FOTO 25 Aprel 2019, 19:30 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 25 Aprel 2019, 19:16 Türkiyədə FETÖ-çülərə qarşı yeni əməliyyat 25 Aprel 2019, 19:10 “Windows”un cinayətkarlar tərəfindən istifadə olunmuş zəif nöqtəsi tapılıb 25 Aprel 2019, 19:04 Nazir Qəbələdə fermerlərlə görüş keçirdi 25 Aprel 2019, 18:56 Azərbaycan XİN-dən Keşikçi Dağı məbədi ilə bağlı yayılan iddialara CAVAB 25 Aprel 2019, 18:50 USAID ABŞ-Azərbaycan Ticarət Palatası ilə saziş imzaladı 25 Aprel 2019, 18:44 Deputat seçicilərinin problemlərini dinlədi 25 Aprel 2019, 18:28 Mehriban Əliyeva Bakıdakı təhsil müəssisələrindəki şəraitlə tanış olub - FOTOLAR 25 Aprel 2019, 18:20 Amerika Film Festivalı “İnsan Ruhunun Qüdrəti” 25 Aprel 2019, 18:16 Məcburi köçkün uşaqlar Formula 1 ilə tanış oldular 25 Aprel 2019, 18:04 ADU-da SƏLİS-in e-vətəndaş proqramının təqdimatı oldu 25 Aprel 2019, 18:01 Magistratura imtahanlarının II mərhələsi üçün proqram seçimi başlanır 25 Aprel 2019, 17:52 Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izlədi - VİDEO 25 Aprel 2019, 17:26