Modern.az

Rusiyada azərbaycanlının cinayətkar dəstəsinə hökm oxunub

Rusiyada azərbaycanlının cinayətkar dəstəsinə hökm oxunub

17 Dekabr 2009, 13:12

Həştərxanın Leninsk rayon məhəkməsi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan  5 nəfərdən ibarət dəstəyə qarşı ittiham irəli sürüb. Modern.az-ın “RBK” agentliyinə istinadən yaydığı məlumata görə,  Həştəraxan vilayət prokuroluğunun mətbuat xidmətinin məlumatında qeyd olunur ki, Taleh Əliyev, Qabil Musayev, Svetlna Smakova, Natalya Pavlova, T.Nuss iri miqdarda narkotik  maddələrin əldə olunmasında və  satışında ittiham olunub. T.Əliyev və Qabil Musayev həm də narkotika qaçaqmalçılığında suçlu bilinib.

İstitaq materallarına görə, istintaq təcridxanasında olan T.Əliyev mobil telefon vasitəsi ilə 2008-ci ilin fevralında mütəşəkkil cinayət dəstəsi yaradıb. O, qohumu Q.Musayev vasitəsi ilə Azərbaycandan Həştərxana qaçaq yolla heroin və tiryək gətizdirib. Cinayətkar dəstə ötən ilin avqustunda yaxalanıb.  

 

Məhkəmənin qərarı ilə T.Əliyevə xüsusi rejimli koloniyada cəzasını çəkmək şərtilə  11 il, Q.Musayevə isə 9 il iş kəsilib. Digər iştirakçı qadınlar isə 4-6 il iş alıblar.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi