Modern.az

Binəli Yıldırım  İmamoğluna - GƏRGİNLİK

Binəli Yıldırım  İmamoğluna - GƏRGİNLİK

17 Aprel 2019, 23:50

İstanbulda bələdiyyə seçkiləri ilə bağlı müzakirələr davam edir.  Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Əkrəm İmamoğlunun İstanbulda xalq qarşısında çıxışından sonra AKP namizədi Binəli Yıldırım mübarizənin hələ bitmədiyini açıqlayıb.

İstanbul Böyükşəhər bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu xalq qarşısında çıxışında görəcəyi işlərdən danışıb:  “Mən özümü bu şəhərin insanlarına həsr edirəm, hamınıza söz verirəm. Xoş gəldin, İstanbul. Heç vaxt imtina etməmişik. Haqdan, hüquqdan, ədalətdən heç vaxt imtina etməmişik. Bu şəhərin vicdanından, bu şəhərin əxlaq duyğularından, ədalət duyğusundan əsla imtina etməmişik, etməyəcəyik. Xahiş edirəm, bu hissəsinə yaxşı qulaq asın. Baxın, mən Allahıma şükür edirəm ki, mənə dünyanın ən gözəl şəhərini, bu şəhərin insanlarını idarə etmək şansı tanıdı".

 

Binəli Yıldırım  isə qərarın xeyir gətirməsini arzulayıb: “Partiyamız hüquqlarını qorumağa davam edir. Son söz Ali Seçki Komissiyasınındır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir