Modern.az

Gəncədə itkin düşən bacılar tapıldı

Gəncədə itkin düşən bacılar tapıldı

18 Aprel 2019, 09:18

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Modern.az-a verilən məlumata görə, aprelin 5-i səhər saatlarında Gəncə şəhər sakinləri, 14 yaşlı  Pərvanə Nipalıyeva və bacısı 9 yaşlı Ceyran Nipalıyeva dərsə getmək adı ilə çıxaraq geri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə müraciət edib.

Polis əməkdaşlarının təxirəsalınmadan həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin 17 aprel tarixində şəhər ərazsində olduqları müəyyən edilib və onlar, ailəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı