Modern.az

Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb

Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb

18 Aprel 2019, 17:37

Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

 

Modern.az xəbər verir ki,  sənəddə Konstitusiya Məhkəməsi sədrinin və  hakimlərinin  maaşının artırılması da öz əksini tapıb.

“71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşına bərabərdir.”;

“73.10. Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir".


Qanun 2019-cu il aprelin 1-dən qüvvəyə minir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi