Modern.az

15 rayonun qəzet rəhbərləri Yevlaxa toplaşacaq

15 rayonun qəzet rəhbərləri Yevlaxa toplaşacaq

17 Dekabr 2009, 13:45

Mətbuat Şurası dekabrın 21-23-də Yevlax şəhərində «Qloballaşma və konvergensiya şəraitində regional medianın vəziyyəti: reallıqlar və müasir tendensiyalar» mövzusunda konfrans təşkil edəcək. Modern.az xəbər verir ki, Şuranın Azərbaycan Respublikasının Prezidentinin Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı layihə çərçivəsində baş tutacaq tədbirdə dövlət rəsmilərinin, aparıcı kütləvi informasiya vasitələrinin, ölkənin 15 bölgəsində fəaliyyət göstərən mətbu nəşrlərin rəhbərlərinin, yerli icra, polis və məhkəmə orqanlarının təmsilçilərinin, habelə ictimaiyyət nümayəndələrinin və tanınmış media ekspertlərinin iştirakı nəzərdə tutulur.

Tədbirdə regional KİV-lərin vəziyyəti, onların artan ictimai tələbatlara adekvat münasibətinin formaları, bölgə qəzetlərinin maddi-texniki bazasının, yaradıcılıq imkanlarının genişləndirilməsi, ölkənin aparıcı mətbu nəşrlərində region həyatının işıqlandırılması xüsusiyyətləri və s. istiqamətlərdə məruzələr səslənəcək, mövzular ətrafında fikir mübadilələri aparılıcaq. Toplantının proqramına KİV-lərin yerli icra, polis və məhkəmə orqanları ilə qarşılıqlı münasibətləri, informasiya mübadiləsi prosesindəki nəzərə çarpan neqativ və pozitiv cəhətlərin müzakirəsi də daxildir.

 

Konfrans çərçivəsində həmçinin bölgə KİV-lərinin təmsilçiləri üçün seminarların təşkili nəzərdə tutulur. Seminarlar jurnalistlərin peşə etikası, ilk mənbədən informasiya almaları, dövlət dəstəyi və onun mahiyyəti, KİV-lərin biznes qurumları kimi formalaşmasında sosial məsuliyyət amili və digər mövzuları əhatə edəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı