Modern.az

Şirməmməd Hüseynovun 85 yaşı tamam olub

Şirməmməd Hüseynovun 85 yaşı tamam olub

17 Dekabr 2009, 15:15

Bu gün Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuatımızın usanmaz araşdırıcısı, BDU-nun müəllimi, professor Şirməmməd Hüseynovun ad günüdür. 1924-cü il dekabrın 17-də Şəkidə doğulan Şirməmməd Hüseynovun 85 yaşı tamam olur. Böyük ömür yolu keçən Şirməmməd müəllim Azərbaycan tarixinin ən önəmli olaylarının canlı şahidinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların arasında Ş.Hüseynovun adı ön cərgədə çəkilir. Modern.az bütün jurnalistlərin əziz müəllimini ad günü münasibətilə təbrik edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir