Modern.az

Tanınmış jurnalist Elçin Səlcuq vəfat edib

Tanınmış jurnalist Elçin Səlcuq vəfat edib

Təhsil

17 Dekabr 2009, 16:58

Bu gün Azərbaycanın tanınmış jurnalisti Elçin Səlcuq vəfat edib.

Elçin Səlcuq (Quliyev Elçin Abdulla oğlu) 1964-cü il noyabrın 10-da Şərurda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1991-97-ci illərdə “Azadlıq”, 1997-98-ci illərdə “525-ci qəzet”də çalışıb. 1998-2001-ci illərdə “Detektiv” qəzetinin baş redaktoru olub. Daha sonra "Proloq" ədəbi həftəliyində çalışıb. Son illər müstəqil köşə yazarı kimi fəaliyyət göstərirdi.

Qaraciyər xəstəliyindən əziyyət çəkən jurnalist bu gün xəstəxanada keçinib.

Allah rəhmət eləsin!

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!