Modern.az

“Yeniyetmələr üçün həyat bacarıqları” proqramı fəaliyyətə başlayıb

“Yeniyetmələr üçün həyat bacarıqları” proqramı fəaliyyətə başlayıb

17 Dekabr 2009, 17:09

“Save the Children” (Uşaqların xilası) təşkilatı “Ümidli Gələcək” gənclər təşkilatı ilə birgə Avropa Birliyinin və “Statoyl” şirkətinin dəstəyi ilə Azərbaycanda “Yeniyetmələr üçün həyat bacarıqları” proqramı adlı yeni bir layihəni həyata keçirməyə başlayıb. Bu barədə məlumatı Modern.az-a “Ümidli Gələcək” gənclər təşkilatının mətbuat xidməti verib.  Layihənin məqsədi əlilliyi olan və internat məktəblərini tərk etməyə hazırlaşan uşaq və gənclərin peşə hazırlığını artırmaq, onların həyat bacarıqlarını yüksəltmək və dövlət müəssisələrini tərk etdikdən sonra müstəqil yaşamaq və fəaliyyət göstərmək üçün müvafiq işlə təmin olunmalarına yardım göstərməkdir.

Xatırladaq ki, “Save the Children” təşkilatı bu vaxta qədər internat məktəbləri və uşaq evlərində yaşayan və tərbiyə alan sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı bir çox proqram və layihə həyata keçirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir