Modern.az

Nikola Sarkozi Azərbaycanda fransız məktəbi açılmasını istəyir

Nikola Sarkozi Azərbaycanda fransız məktəbi açılmasını istəyir

17 Dekabr 2009, 17:37

Dekabrın 17-də təhsil nazir Misir Mərdanov Fransanın Azərbaycandakı səfiri Qab­riel Kellerlə görüşüb. Görüşdə Azərbaycanın Fransa ilə təh­sil sahəsindəki əlaqələri müzakirə olunub. Bu barədə Modern.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Fransa prezidenti Nikola Sarkozinin bu yaxınlarda Azərbaycanda fransız məktəbinin açılması təşəb­büsü ilə çıxış etdiyini, bu barədə Azərbaycan Prezidenti  ilə ümumi fikir müba­di­ləsi aparıldığını söy­lə­yən səfir deyib ki, Azərbaycanda müx­təlif sahələrdə çalışan fransızların, fransızdilli ölkələrin diplo­ma­tik kor­pus­larının təmsilçilərinin övlad­lar­ının təhsil alması üçün belə bir mək­təbə ehtiyac duyulur. Sonra səfir Qab­riel Kel­ler 2010–cu il ərzində bununla bağlı müvafiq razılığın əldə olunma­sı­nı arzuladıqlarını nəzərə çatdırıb.

Misir Mərdanov Təhsil Nazir­liyi­nin əməkdaşları ilə Fran­­sa­nın Azər­­bay­candakı səfir­li­yinin təmsilçi­lərinin məsləhət­ləş­mələr apar­ması, irəli sürülən ide­ya­nın gerçəkləşdiril­məsi üçün hü­qu­qi əsas­ların hazırlanması, qaldırılan məsələnin hər­tə­rəfli mü­za­kirə edil­mə­si və Bakıda fransız məktəbinin açılması üçün müm­kün olan variantlar haqqında fikirlərini bildirib.

Fransanın ali məktəblərinə in­diyə qədər 58 tə­lə­bə­nin gön­də­ril­diyini vurğulayan nazir gələ­cək­də bu göstəricinin daha da arta­cağına, Fran­sanın digər nüfuzlu univer­sitet­lə­­rin­də də azərbaycanlı tələbələrin təhsil al­ma­sı­nın mümkünlüyünə diqqət çəkib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi