Modern.az

2012-ci il bürclərə nə vəd edir?

2012-ci il bürclərə nə vəd edir?

1 Yanvar 2012, 13:28

2012-ci il Zodiak bürclərinə nə vəd edir? Astroloqlar Qoç, Buğa, Əkizlər və Tərəzi bürclərinin diqqət çəkən hadisələr içərisində olacağını deyirlər. Xərçəng, Şir, Oxatan və Əqrəb bürcləri daha az hərəktli görsənirlər.
Türkiyəli astoloq Zeynəb Dəyirmançıoğlu gələn il bürcələri nə gözlədiyinə dair proqnozlar verib. Modern.az onun proqnozlarını təqdim edir.

Qoç: 2012-ci ildə bu bürcün ən əhəmiyyətli hadisəsi il boyunca qalıcı təsir yaradacaq uran ilə birlikdə olmasıdır. Uran yeni və orijinal fikirləri, hərəkət və sağlığı özündə əks etdirir, eyni zamanda qavrama gücünün yaxşı istiqamətdə istifadə olunmasına əhəmiyyət verir. Bu bürclərdən olanlar ümumi çevrə ilə yaxşı əlaqələr qurmalıdırlar. Bunun əksi - tərs olmaq, gərgin və əsəbi hərəkət etmək, yenilik axtarışı və azadlığın şişirdilməsi, cəmiyyətə qarşı çıxmaq zərərli olacaq. Yəni 2012-ci ildə Qoç bürcü yeniliklər və dəyişiklər etmək istədikdə sürprizlərlə qarşılaşacaq.

Buğa: 2012-ci ilə Yupiterlə bərabər girən buğalar iyul ayının ortasına qədər bu bərabərliyi davam etdirəcəklər. Ondan sonra isə onlar üçün sakit dövr başlayır. Yupiterin təsiri ilə buğalar bu il sağlıq və maddiyyat baxımdan daha təsirli olacaqlar. Ümumi mənada Buğa ilin şanslı bürclərindəndir.

Əkizlər: 12 iyulda buğadan gələn yupiteri qarşılayacaq. Mayın 16-dan başlayaraq isə avqusta qədər əkizlər Veneranın təsiri altında olacaq. Bu zaman zərfi əkizlərin ən önəmli hadisəsi ola bilər. Burada xöşbəxtlik, sağlıq və maddi qazancdan söhbət gedir.

Xərçəng: İlin ən passiv bürclərindən biridir. Avqust, sentyabrda Veneranın təsiri olacaq ki, bunun xaricində hər şey normal olacaq. Xərçəng bürcündən olanlar keçən ilin problemlərini 2012-ci ilin ortasına qədər həll etməlidirlər və sonraya saxlamamalıdırlar.

Şir: Bu bürc də ilin passivlərindən biridir. Yayda daha hərəkətli görsənəcəklər. Bu bürcdən olanlar ilk növbədə əlaqələrində daha diqqətli olmalıdırlar, çünki hadisələr ümumilikdə əlaqələrinin möhkəmliyi istiqamətində baş verəcək.

Qız: Yeni ilə Marsla birlikdə girəcəklər və iyula qədər birlikdə olacaqlar. Təbii olaraq yüksək və təsiredici enerji ilə yanaşı, əsəbilik, həssaslıq kimi təsirlər də olacaq. Əgər Marsın enerjisindən istifadə edərsənizsə, bu, ilin sonuna qədər sizə bəs edər. Ona görə bu gücdən kortəbii istiadə etməyin, xüsusilə pul və iş baxımından ilin önəmli hadisələri olacaq.

Tərəzi: Saturunun bu bürcə təsiri 2012-ci ilin oktyabr ayına qədər davam edəcək. Yəni Saturn keçən il etdiklərini yeni formada davam etdirəcək. Oktyabrdan sonra il ərzində olanları sakit nəzərdən keçirin və etibar etdiyiniz varsa, onlarla birlikdə olun. 2012-ci il sizin üçün hesabat ili olacaq.

Əqrəb: Yaya qədər normal hərəkət edən bürclərdən biridir. Avqust və oktyabr aylarında sizin üçün hərəkətlilik ola bilər, amma özünüzü idarə etməyi unutmayın. Və ən əsası 6 oktyabrda Saturunun Əqrəb bürcündəki sınaq və təcrübəyə başlayacaq olmasıdır.

Oxatan: 2012-ci ildə daha çox keçən ildən qalan və hətta yaxşı yayılan mövzuların davamı və ya təkrarı ilə məşğul olacaqlar. Hadisələr daha çox proseslərin daxili qruluşları ilə bağlıdır, yəni əlaqəli insanların psixologiyalarını anlamağa çalışın, hadisələrin kökündə dayananları gözdən qacırmayın. 

Oğlaq: Bu bürcün Pluton məcərası davam edir, amma bunun hec bir önəmi yoxdur. İlin fonunda Mars və Merkuridən təsirlər daha çoxdur. Və əlaqələr baxımından aktivlik gətirə bilər.Görməli olduğunuz iş, yeni ildə daha gözü acıq olmağınızdır. Sərbəstliyinizi məsulliyyətlə əvəz edərək çox yaxşı fikirləşməlisiniz. Noyabrı ayının ikinci yarısında çox diqqətli olmalısınız.

Dolca: Əvvəlki illərin aktivliyi artıq bu ildə sona çatmış olacaq. 2012-ci il daha çox sakit il olacaq. İlin əvvəlində Neptun bürcünüzdən ayrılacaq. Bu, güclü su ünsürünün ayrılması quraq havaların xəbərcisidir, yəni hadisələr daha sürətlə baş verəcək. Buna  siz də sürətli və hazırlıqlı olmalısınız. Bu səbəblə 2012-ci il daha çox romantik hadisələrlə dolu olacaq. Eləcə də bu ildə başlayan sevgi münasibətləri davamlı olacaq.

Balıqlar:Yeni il Venera ilə başlayır və 14 fevralda Neptun bürcünüzə gəlir. Öz planetinizlə olan bu bərabərlik il boyu davam edəcək. 2012-ci il həm də sizin üçün vicdanınızı dinləmək ili olacaq. Bəziləri üçün yeni münasibətlərə və eyni zamanda maddi gəlirlərə doğru da yol açılacaq.  Siz ilin şanslı bürclərindənsiniz.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi