Modern.az

TRT “Avaz”-ın Türkiyədə açıq yayınlanması üçün işlər görülür...

TRT “Avaz”-ın  Türkiyədə açıq yayınlanması üçün işlər görülür...

17 Dekabr 2009, 18:03

Modern.az bir neçə gün öncə Türk dünyasında ortaq telekanal kimi tanınan TRT “Avaz”-ın  Türkiyədə açıq yayınlanmadığı barədə məlumat vermişdi.  Bu barədə redaksiyamıza telekanalın əməkdaşı məlumat vermişdi.   Telekanalın əməkdaşı məsələnin həlli üçün Azərbaycan tərəfinin müdaxiləsinə ehtiyac olduğunu da bildirmişdi: “Hesab edirik ki, Azərbaycanda jurnalistlər bu məsələni gündəmə gətirsələr, müsbət nəticələr əldə etmək olar. Biz də bu telekanalın veriılişlərinin Azərbaycandakı kimi açıq yayımlanmasını istərdik”.  

Məsələyə münasibət bildirən İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqə və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov qeyd edib ki, hazırda yerüstü yayım barədə düşünülür: “TRT “Avaz” peyk və kabel seti vasitəsilə bütün Türkiyədə yayımlanır. Ancaq yerüstü yayımda boş dalğa yoxdur. Bu səbəbə görə TRT “Avaz” Türkiyədə açıq yayımlanmır. Hazırda bu məsələnin həlli istiqamətində işlər görülür”. 

Qeyd edək ki, İctimai Televiziya TRT “Avaz”la ortaq yayım həyata keçirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir