Modern.az

3 saylı İstintaq təcridxanasında məhbus sıxlığı yaranıb

3 saylı İstintaq təcridxanasında məhbus sıxlığı yaranıb

Təhsil

17 Dekabr 2009, 19:34

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinə, 11 saylı cəzaçəkmə müəssisəsinə, Şağan qəsəbəsində yerləşən 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə, Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına, həmçinin Daxili İşlər Nazirliyi Əzizbəyov Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlanılma təcridxanasına baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən Modern.az-a bildirilib ki, həmin müəssisələrdə saxlanılan şəxslərlə görüş keçirilib, onlara hüquqları, Ombudsman haqqında Qanunun müddəaları və Müvəkkilin səlahiyyətləri izah edilib, saxlanma şəraiti, müəssisə əməkdaşlarının onlarla rəftarı araşdırılıb. Araşdırma zamanı 3 saylı İstintaq təcridxanasında istintaq altında olan şəxslərin sıxlığı müşahidə olunub. Müəssisə rəhbəri həmin problemin həllinin yaxın zamanlarda Bakı İstintaq Təcridxanasında yeni korpusların istifadəyə verildikdən sonra aradan qaldırılacağını bildirib. Digər müəssisələrdə saxlanılan məhkumların bəziləri barələrində çıxarılan məhkəmə qərarlarından şikayət ediblər. Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tövsiyələr verilib

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı