Modern.az

Qəddafinin qızı atasının qətlinin araşdırılması üçün yəhidi vəkil tutub

Qəddafinin qızı atasının qətlinin araşdırılması üçün yəhidi vəkil tutub

4 Yanvar 2012, 10:51

Liviyanın keşmiş diktatoru Müəmmər Qəddafinin qızı Ayşə Qəddafi atasının ölümünə səbəb olan hadisələrin araşdırılması üçün israilli vəkil Nik Kaufman ilə razılığa gəlib. 

Modern.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ayşə Qəddafi israilli vəkil vasitəsilə Beynəlxalq Məhkəməyə müraciət edəcək və atasının ölümünün araşdırılmasını tələb edəcək.

“Guardian” qəzetinin xəbərinə görə, Müəmmər Qəddafi avqust ayında öldürülmədən öncə ölkədən qaçan Ayşə Qəddafi atasının qətlini əks etdirən şəkil və videosənədlərin ona ciddi psixoloji təsir etdiyini deyib.

Vəkil Kaufman “Qəddafi və oğlu Mütəssim vəhşicəsinə öldürülüb və İslami qaydalar tamamilə pozulub. Bu vəhşiliyi əks etdirən şəkillər dünyanın dörd bir tərəfinə yayılıb. Və müvəkkilimə ciddi psipoliji təsir edib” deyə açıqlama verib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir