Modern.az

Bakıda 1milyard dollarlıq körpü tikiləcək

Bakıda 1milyard dollarlıq körpü tikiləcək

17 Dekabr 2009, 19:56

Dekabrın 17-də Nəqliyyat Nazirliyində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA-nın) “Bakı buxtasında dəniz körpüsünün tikintisi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması” layihəsi üzrə Müzakirə Protokolu imzalanıb. Protokolu KOICA Layihə-tədqiqat qrupunun rəhbəri Ço Sanq-Vu və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov imzalayıblar. Nazirlikdən Modern.az-a verilən məlumata görə, layihənin məqsədi Bakı buxtasında dəniz körpüsünün tikintisi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması vasitəsilə Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, Koreyanın dəniz körpüsü tikintisi və yol idarəetməsi sahəsində təcrübəsini Azərbaycanda tətbiq etməklə, Azərbaycan mütəxəssislərinin bacarıqlarının artırılması, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən yol inkişafına müvafiq olaraq,  əyalətlərdə kommunal xidmətin yaxşılaşdırılmasına və iqtisadi inkişafın gücləndirilməsinə töhfə verilməsi, həmçinin iki ölkə arasında münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsidir. Xatırladaq ki, Cənubi Koreya Respublikası KOICA layihəsinin 2009-2011-ci illərdə həyata keçirilməsi üçün 1.6 milyon ABŞ dolları həcmində vəsait ayırıb. 

  Ümumilikdə isə Bakı buxtasında dəniz körpüsünün tikintisi üçün 1 milyard dollardan artıq vəsait sərf olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı