Modern.az

Benilüks Azərbaycanlıları Konqresi Obamaya müraciət etdi

Benilüks Azərbaycanlıları Konqresi Obamaya müraciət etdi

18 Dekabr 2009, 09:31

Hollandiyada fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi Amerika Birləşmiş Ştatlarının sepataçı Dağlıq Qarabağ rejiminə yenidən böyük məbləğdə maliyyə yardımı ayırmasına qəti etiraz edir. Modern.az-ın məlumatına görə, təşkilat bununla bağlı Konqresə xüsusi bəyanat ünvanlayıb.

Bəyənatda bildirilir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ın erməni sparatçılarını dəstəkləməsi yolverilməzdir və bu addım regionda sülh və təhlükəsizliyə xələl gətirir.ABŞ yaxşı bilir ki, Dağlıq Qarabağ və ona bitişik 7 rayonun azərbaycanlı sakinləri Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş, evlərini, əmlaklarını, normal yaşayışlarını itirmişlər. Belə olan halda nəyə görə Amerika münaqişə zamanı heç nəyini itirməyən ermənilərə yardım edir, itki ilə üzləşmiş azərbaycanlılar isə bu yardımdan kənarda qalmışlar? Nəyə görə Amerika bu məsələdə ayrı-seçkilik edir?. Əgər ABŞ-ın məqsədi kömək etməkdirsə, bu zaman hər iki tərəfə yardım ünvanlanmalıdır”.

 

Bəyanatda qeyd olunur ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıdğını və ölkəmizin haqq işini dəstəklədiyini, münaqişənin həllində obyektiv olacağını dəfələrlə bəyan edib.  Amma Amerika konqresi tərəfindən Dağlıq Qarabağın seperatçı rejiminə yardım edilməsi bu ümidləri azaldır.

“Əminik ki, bu yaxınlarda Nobel sülh mükafatı almış ABŞ Prezidenti Barak Obama özünün veto hüququndan istifadə edərək, Cənubi Qafqazda sülh və əmin-amanlıq naminə Konqresin Dağlıq Qarabağ seperatçı rejiminə birbaşa yardım göstərilməsi barədə qərarına veto qoyacaq”

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir