Modern.az

Hər 35 nəfərdən biri miqrantdır

Hər 35 nəfərdən biri miqrantdır

18 Dekabr 2009, 10:01

18 dekabr dünyada Benyləxlaq Miqrasiya günü kimi qeyd olunur. Modern.az xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, hazırda dünyada 200 milyon insan öz ölkəsinin hüdudlarından kənarda yaşayır. Hər il dünyada 30 milyon insan qanunsuz miqrasiyanın iştirakçısı olur. Bu gün dünyada hər 35 nəfərdən biri miqrantdır.

SSRİ-nin dağılmasından və sərhədlərin açılmasından sonra Azərbaycan da miqrasiya prosesinin aktiv iştirakçı dövlətinə çevirilib. Rəsmi statsitikaya görə, hazırda Azərbaycanda 12 mindən çox miqrant yaşayır. Onlaın arasında çeçenlər, əfqanlar və çinlilər daha çox üstünlük təşkil edirlər. Amma qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda yaşayan miqrantların sayı 60 mindən çoxdur. Qeyd edək ki, bəzi əcnəbilər Azərbaycana trazit ölkə kimi yanaşırlar, yəni onlar ölkəmizin ərazisindən keçməklə Qərbə getməyə çalışırlar.

Yeri gəlmişkən, hazırda Azərbaycandan olan 2 milyondan çox əməkçi miqrant Rusiya, Türkiyə, İran, digər MDB və Avropa ölkələrində işləyirlər.

Araşdırmalar göstərir ki, son iki ildə Azərbaycanda Çindən gələn əmək miqrantlarının sayı xeyli artıb. Çinlilərin Azərbaycana belə ayaq açması Rusiyanın miqrasiya siyasətini sərtləşdirməsi ilə bağlıdır. Rusiya ərazisində məskunlaşan çinlilər Azərbaycana üz tutub. Çünki Azərbaycanın miqrasiya siyasəti Rusiya ilə müqayisədə daha yumşaqdır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?