Modern.az

İki deputatımız Misirə gedir

İki deputatımız Misirə gedir

Təhsil

18 Dekabr 2009, 09:35

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və deputat Gövhər Baxşəliyeva İslam Konfransı Təşkilatına

(İKT Pİ)

üzv dövlətlərin Parlament İttifaqının iclaslarında iştirak etmək üçün bu gün Misirin paytaxtı Qahirəyə yola düşəcəklər.

Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, İKT Pİ-nin Nizamnaməsinə və Qaydalara yenidən baxılması vasitəsilə bu qurumda islahatlar üzrə Xüsusi Komitənin 2-ci iclası iki səviyyədə təşkil edilib. Tədbirdə öncə ekspertlərin görüşü olacaq. Daha sonra müzakirələr Misir parlamentinin spikeri Əhməd Fəthi Sorurun sədrliyi ilə parlament rəhbərləri səviyyəsində davam etdiriləcək. Hər iki iclasda İslam Konfransı Təşkilatı Parlament İttifaqının Baş katibi Mahmud Erol Kılıcın məruzəsi dinləniləcək.

Səfər dekabrın 22-də başa çatacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi