Modern.az

Sumqayıtlılar Qazaxıstana gedir

Sumqayıtlılar Qazaxıstana gedir

Təhsil

18 Dekabr 2009, 10:44

Sumqayıt şəhərinin incəsənət ustalarından ibarət nümayəndə heyəti 23-25 dekabr tarixlərində Qazaxıstan Respublikasının Aktau şəhərinə səfər edəcək. Modern.az xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Sumqayıtın estrada müğənniləri, muğam ifaçıları və rəqs qrupu dekabrın 24-də Aktau şəhərinin mərkəzi konsert salonunda yerli musiqiçilərlə birlikdə konsert proqramında iştirak edəcəklər. Tədbir Qazaxıstan Respublikasının Müstəqillik Günü və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun təşəbbüsü ilə təşkil olunur. Bu həm də Sumqayıt şəhəri ilə Aktau şəhəri arasında yaradılmış əməkdaşlıq çərçivəsində ilk mədəniyyət tədbiridir.  

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır