Modern.az

Rusiyanın dini liderindən gözlənilməz və nümunəvi addım

Rusiyanın dini liderindən gözlənilməz və nümunəvi addım

8 Yanvar 2012, 12:28

Rusiya Pravoslav Kilsəsinin başçısı seçkilərin nəticələri ilə bağlı narazılıq bildirən adamların fikrini dinləməyə çağırıb.

BBC-nin məlumatına görə, “Rossiya” telekanalına verdiyi müsahibədə Patriarx Kiril deyib ki, hökumətin etirazlara etinasızlığı “özünü kökləmək” qabiliyyətinə malik olmadığından xəbər verən “pis” əlamətdir.

“Hökumət, o cümlədən “kənardan alınan siqnalları” qəbul edərək özünü kökləməli və kursuna düzəlişlər etməlidir”-deyə dini lider bildirib:

"Bir şey baş verirsə, cəmiyyət narazılığını ifadə etmək haqqına malik olmalıdır".

Patriarx Kirilin sözlərinə görə, Rusiya əhalisi əsasən siyasi liderlər yox, aşağı səviyyədəki bürokratiyadan əziyyət çəkir.

Hərçənd ki, Rusiyanın dini lideri hakimiyyətlə meydana çıxanlar arasında seçkilərin nəticələri ilə bağlı mübahisəyə qatılmaq istəmədiyini deyib.

Rusiyalıların 70 faizi özlərini pravoslav xristian hesab edərək kilsənin dediklərini nəzərə alırlar.

Buna görə də demək olar ki, həmişə hakimiyyətlə razılaşan kilsədən belə bir bəyanat gözlənilməz olub.

Dekabr ayında Rusiyanın bir çox şəhərlərində parlament seçkilərinin nəticələri ilə bağlı izdihamlı etiraz nümayişləri keçirilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı