Modern.az

Oğurlanmış jurnalist azadlığa çıxdı

Oğurlanmış jurnalist azadlığa çıxdı

18 Dekabr 2009, 11:31

Böyük Britaniyanın “Guardian” qəzetinin İraqlı əməkdaşı iki əfqanıstanlı həmkarı ilə birgə Əfqanıstanın Şimal-Şərq bölgəsində altı gün girov saxlanıldıqdan sonra azad edilib. Modern.az-ın məlumatıba görə,

Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) Beynəlxalq Avrasiya Mətbuat Fonduna verilən xəbərdə bildirilib ki,  Qeys Əbdül-Əhəd son dəfə dekabrın 9-da “Guardian” qəzeti ilə əlaqə saxlayıb. İki gün sonra qəzetə üç jurnalistin oğurlanması barədə informasiya verilib.

Jurnalistlərin sağ-salamat geri qaytarılmasını təmin etmək məqsədilə ictimaiyyətə bu barədə xəbər verilməyib. Onların ailələrinə, Böyük Britaniyanın və Əfqanıstanın müvafiq orqanlarına məlumat verilib.

Jurnalistlər azad edildikdən sonra yorğun olduqlarını, ancaq əhval-ruhiyyələrinin yaxşı olduğunu bildiriblər. Məlumatla görə, əfqanıstanlı jurnalistlərin adı təhlükəsizlik məqsədilə açıqlanmayıb.

“Guardian” qəzetinə görə, bu üç jurnalist Pakistanın Şimal-Qərb Sərhəd Əyalət ilə həmsərhəd olan dağlıq bölgədəki döyüşçülərdən müsahibə götürməyi planlaşdırıblarmış. Onlar keçən həftə silahlı dəstə tərəfindən tutulublar. Ərazi Taliban və Ərəb döyüşçülərinin, eləcə də “Hezb-e-İslami” kimi müxtəlif qruplaşmalar və cinayətkar dəstələrin  dayağı kimi tanınır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?