Modern.az

2012-ci il “M.F.Axundzadə İli” elan edilib

2012-ci il “M.F.Axundzadə İli” elan edilib

9 Yanvar 2012, 15:19

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinin TÜRKSOY təşkilatı çərçivəsində qeyd edilməsi təklifi həmin təşkilat tərəfindən müsbət dəyərləndirilib və 2012-ci il TÜRKSOY çərçivəsində “M.F.Axundzadə İli” elan edilib.
“Hazırda “M.F.Axundzadə İli”-nin TÜRKSOY-a daxil olan bütün üzv ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədi ilə tədbirlər planı hazırlanmaqdadır”-deyə Mədəniyyət və Turizm Nazirliyindən bikldirilib.
2012-ci ilin yanvar ayında Ankara şəhərində TÜRKSOY-un qərargahında “M.F.Axundzadə İli”-nin rəsmi açılış mərasiminin keçirilməsi planlaşdırılır.


Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir