Modern.az

Qənirə Paşayevanın “Onun Sevgi məktubları” haqqında...

Qənirə Paşayevanın “Onun Sevgi məktubları” haqqında...

9 Yanvar 2012, 18:25

Məhəbbət sarsılmazdır, dünya kimi

Ayrı-ayrı insanların, hətta bütöv bir xalqın yaşadığı faciələri əks etdirən “Xocalı soyqırımı”, “Baqanis Ayrımda baş verən soyqırım qurbanları”, üç cildli “Tarixə adını yazan qadınlar” və digər əsərləri ilə bütün dünyaya səs salan natiq, publisist, jurnalist və yazıçı Qənirə Paşayeva “Onun Sevgi məktubları” kitabı ilə tam başqa epistolyar janr ortaya qoydur

Məhəbbət mövzusunu hərtərəfli təsvir etmiş Şərqin dahi şairləri - Nizami, Cəlaləddin Rumi, Sədi, Füzulidən sonra, sevgi mövzusunda yazmaq çox çətin olsa da, Qənirə Paşayeva “Onun Sevgi məktubları” kitabında bu ilahi duyğuya öz şəxsi payını verir. Qənirə Paşayevanın Sevgi və Həyat romanını oxuyarkən biz onun daxili aləmi ilə tanış oluruq.

“Onun Sevgi məktubları” faciəvi sonluqla bitən məhəbbət əsəridir. Qənirənin rəfiqəsi Könül (qəhrəmanın adı) Türkiyədə yaşayan bir adama ilk baxışdan aşiq olur. Onların ortaq cəhətləri çoxdur və onlar məktublaşırlar. Dostcasına başlamış yazışmaların birində Könül onu sevdiyini etiraf edir. Yazışma demək olar ki, bir tərəfli olur. O (kişi), ruhların birləşdiyi məhəbbət aləminə daxil olmaq istəmir. İdeal məhəbbət axtaran Könül isə sehirli məhəbbət burulğanına düşür və qurtula bilmir. O isə ona kömək əlini uzatmır, o qurudadır. Ölümündən əvvəl Könül öz vəsiyyətnaməsində rəfiqəsi Qənirədən xahiş edir ki, onun məktublarını toplayıb kitab şəklində çap etdirsin və ad günündə O adama göndərsin. Qənirə öz rəfiqəsinin qəbri üstə onun xahişini yerinə yetirəcəyinə söz verir...Və nəticədə İstanbula göndərilmiş kitabın nüsxəsi mənim masamın üstündədir.

Könülün məktublarının məğzi əsasında biz özünü sevgiyə fəda etməyin nə demək olduğunu anlayırıq. Və mən düşünmürəm ki, oxucu bu kitabı oxumağa sərf etdiyi vaxta təəssüflənsin.

Kitabın üstün tərəfi odur ki, o, sərt çərçivəyə sıxışmayıb, burada əsas məğz ilə yanaşı, hər məktub ədəbiyyatın, incəsənətin dahiləri olan Qabriyel Qarsia Markesin (Nobel mükafatı laureatı), İ.S.Turgenevin, F.Dostoyevskinin, Jorj Sandın sitatları ilə başlanır, lakin İslam mədəniyyətinin dahi şair və filosofu Cəlaləddin Ruminin Şəms Təbriziyə yazdığı məktublardan nümunələr bizim daxili aləmimizə daha da yaxındır. Ülvi məhəbbəti təsvir edən Qənirə xanım dostluq ilə sevginin ittifaqına şübhə ilə yanaşır. Onun məktublarını oxuyan zaman məhəbbət nərdivanından keçən insan Cəlaləddin Ruminin “Məhəbbətin başlanğıcı var, amma sonu yoxdur” və Qənirə Paşayevanın “Qarşılıqlı məhəbbət təəssüf ki, çox az olur” kimi kəlamlarını unutmamalıdır.

P.S. Mən Qənirə xanım Paşayevaya onun imzası olan bu gözəl kitabı oxumağa fürsət əldə etdiyim üçün minnətdarlığımı bildirirəm.

Filologiya elmləri doktoru: Rəna Qafarova
İspaniya, Madrid, noyabr - 2011
e-mail: [email protected]

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı