Modern.az

Jurnalist-filosof Faiq Qəzənfəroğlunun kitabı çıxıb

Jurnalist-filosof Faiq Qəzənfəroğlunun kitabı çıxıb

13 Yanvar 2012, 17:46

Keçmiş jurnalist, hazırda AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun böyük elmi işçisi, fəlsəfə elmləri namizədi Faiq Qəzənfəroğlunun ikinci kitabı çapdan çıxıb. Kitab “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (I hissə)” adlanır.
Modern.az saytının məlumatına görə, kitabda ilk dəfədir ki, milli ideologiya problemi bütün aspektləri ilə tədqiqata cəlb edilib. Nəşrdə öncə milli ideologiya ilə bağlı etnos, millət, milliyət, xalq, milli mənəvi dəyər, mili ideya və s. anlayışların şərhləri verilib  Eyni zamanda kitabda Azərbaycan xalqının formalaşması,  etnogenezi, dini-fəlsəfi dünyagörüşü, dili, “Azərbaycan” sözünün tarixi-coğrafi  və siyasi-ideoloji mənası geniş şəkildə tədqiq olunub. 
Monoqrafiyanın birinci hissəsində, əsasən milli ideologiyanın bazisi, onun elementləri tədqiqata cəlb edilərək, ikinci hissə üçün zəmin rolunu oynayır.

Monoqrafiyadan fəlsəfə, tarix, politologiya, ədəbiyyat, dilçilik, etnoqrafiya, kulturologiya və b. elm sahələrində çalışan müxtəlif səviyyəli mütəxəsislərin-tələbələrin, magistrlərin, müəllimlərin, eyni zamanda geniş oxucu kütləsinin faydalanması nəzərdə tutulur.

F.Qəzənfəroğlunun birinci kitabı “Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü” adlı ilk monoqrafiyası 2007-ci ildə nəşr olunub.

Faiq Qəzənfər oğlu Ələkbərov 1977-ci ildə Gədəbəy rayonunun Dəyirmandağ kəndində anadan olub. BDU-nun Sosaial elmlər və psixologiya fakültəsini bitirib.
Bir neçə il jurnalistika sahəsində çalışıb, “Faiq Qəzənfəroğlu” imzalı ilə yazıb. O, “525-ci qəzet”, “Üç nöqtə”, “Xalq cəbhəsi” və digər qəzetlərdə jurnalist fəaliyyəti göstərib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?