Modern.az

Nalbandyan siyasi hoqqabazlığa əl atır

Nalbandyan siyasi hoqqabazlığa əl atır

18 Dekabr 2009, 23:30

“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını istəyirsə, bu prosesə qarışmamalıdır”. Modern.az-ın “Novosti Armeniya” agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevanda türkiyəli jurnalistlərlə  görüşdə bildirib.

 

 

Onun sözlərinə görə, Türkiyənin Dağlıq Qarabağ prosesinə müdaxiləsi nizamlanma prosesinə kömək etməkdənsə, mane olur. Nalbandyan münaqişənin nizamlanması prosesində Ermənistanın xoş niyyət nümayiş etdirməli olması barədə rəsmi Ankaranın bəyanatlarının da əsassız olduğunu vurğulayıb: “Əgər belə bir niyyət olmasaydı, Azərbaycan və Ermənistan prezidentləri arasında çoxsaylı görüşlər keçirilməzdi”.

 

 

XİN başçısı Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının bütün regiona, o cümlədən Azərbaycana müsbət təsir edə biləcəyini deyib: “Dünyada Azərbaycandan başqa hər kəs iki ölkə arasında münasibətlərin normallaşması prosesini alqışlayıb. Azərbaycan bu məsələdə emosiyalardan çıxış edir”.

 

 

Nalbandyan türk jurnalistlərlə görüşdə siyasi hoqqabazlığa əl ataraq “DQR-i münaqişə tərəfi kimi təqdim etməyə calışıb. ”Ermənistan və “DQR”  Qarabağ münaqişəsinin dinc yolla həllində ən maraqlı olan tərəflərdir”-deyə Nalbandyan bildirib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?