Modern.az

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Obamaya məktub göndərib

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Obamaya məktub göndərib

Ölkə

19 Dekabr 2009, 22:58

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ABŞ prezidenti  Barak Obamaya məktub göndərib. Federasiyanın İdarə heyətinin sədri Bilal Dindarın imzasıyla göndərilən məktubda ABŞ Konqresi Nümayəndələr Palatasının gələn il üçün Dağlıq Qarabağdakı erməni separatçılarına 8 milyon dollar maliyyə qardımı ayırmasına eriraz bildirilib. Bu barədə Modern.az-a Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasından məlumat verilib.

Məktubda qeyd edilib:
“Bilindiyi kimi Azərbaycan torpaqlarının 20%-ni Ermənistan işğal edib. Bu işğal səbəbilə 1 milyona yaxın azərbaycanlı yerlərindən-yurdlarından uzaqda pərişan haldadılar. Bu insanlar bir gün doğulduqları yerlərə dönəcəkləri ümidi ilə yaşamaqdadılar.
Ermənilər işğal etdikləri Azərbaycana aid torpaqlarda gənc, qoca, uşaq və qadın demədən bir çoxunu mərhəmətsizcə qətlə yetirdilər. Onlar bunu çox təəssüf ki demokratiya həvarisi kəsilən azad dünyanın gözləri qarşısında reallaşdırdılar. Azərbaycan işğal edilən torpaqlarını azad etmək üçün barışcıl səylərlə mübarizəsini davam etdirməkdədir.
Br çox beynəlxalq quruluşlar və ATƏT-in Minsk qrupu ölkələri də bu haqlı iddiada Azərbaycana dəstək verməkdədilər. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını geri verməsi tələb olunur.          
Qafqazda qalıcı barışın ola bilməsi içində işğal edilən torpaqların hamısının Azərbaycana qaytarılması şərtdir. Bu haqqın və ağılın bir yoludur.
Beynəlxalq quruluşların və başda super güc Amerika olmaq üzrə, əgər kömək edilməsi düşünülürsə, bu yardım əvvəlcə işğal edilən torpaqlardan qovulmuş, qaçqın və pərişan vəziyyətə düşən 1 milyona yaxın azərinin haqqı olmalıdır. Çox təəssüf ki, bu vəziyyət tam tərsi olub, köməklər işğalçı Ermənistanın sahibləndiyi Qarabağadakı separatçılara edilir…
…Super güc Amerikaya, dost bildiyimiz ölkəyə və Türkiyənin strateji ortağı kimi tanıdığımız dövlətə əsla yakıştıramayız. Bu vəziyyət Türk xalqının duyğu və düşüncələrində unudulmaz dərin yaralar da açar.
Dünya siyasətini şəkilləndirən dost Amerikanın bu qərar və tətbiqini nəzərdən keçirib, haqsızlığa uğrayan, torpaqları işğal edilən Azərbaycanı incitməyəcəyi, hətta Azərbaycanın yanında olacağı ümidini daşıyırıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!