Modern.az

Nikah üçün dövlət rüsumu 5 manatdır, bəs, qeyri-rəsmi qiymətlər ...

Nikah üçün dövlət rüsumu 5 manatdır, bəs, qeyri-rəsmi qiymətlər ...

21 Dekabr 2009, 10:42

Azərbaycanda nikah bağlayan əksər bəy və gəlin bunun üçün tələb olunan dövlət rüsumunun gerçək məbləğindən, yəni neçə manat ödəməli olduqlarından xəbərsizdilər. Bu səbəbdən də Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVADQ) şöbələrində nikaha girən cütlük dövlət rüsumundan bir neçə dəfə artıq pul ödəyirlər. VVADQ əməkdaşları tərəfindən alınan qanunsuz ödənişlərə rüşvət demək olar, onların özləri isə bunun adına «şirinlik» deyirlər.

Ailə həyatı quran gənclərin sözlərinə görə, nikahların bağlanması zamanı «şirinlik» vermək artıq adi hala çevirilib. Ümumiyyətlə, ailə həyatı quran cütlüklərin çoxu nikahın qeydə alınmasına görə, dövlət rüsumunun neçə manat olması barədə məlumatsızdır. Bəziləri bu barədə soruşmağa utanaraq həyatında baş verən ən əlamətdar hadisə münasibətilə VVADQ şöbələri işçilərinin istədiyi məbləği dərhal ödəməyə razılaşır. Modern.az-ın araşdırmaları göstərir ki, onların istədiyi məbləğ 25 manatdan 100 manatadəkdir. Rayon yerlərində nikaha girən gənclərin xərci, paytaxtda yaşayanlara nisbətən az çıxır. Əgər Bakıda nikah şadlıq evlərində keçirilən toy mərasimi zamanı bağlanılırsa, VVADQ idarələrinin əməkdaşları daha çox pul alırlar.

Məsələ ilə əlaqədar Ədliyyə Nazirliyi Respublika Vətəndaşlıq Vəziyyəti Aktları Arxivi ilə əaqə saxladıqda, saytımıza bildirilib ki, indiyədək nikahın qeydə alınmasına görə, dövlət rüsumundan artıq pul istənilməsi barədə şikayət daxil olmayıb. Hazırda VVADQ şöbələrində nikah bağlayan Azərbaycan vətəndaşları 5 manat 50 qəpik dövlət rüsumu ödəməlidirlər. Azərbaycan vətəndaşı ilə əcnəbinin nikaha girməsi üçün tələb olunan dövlət rüsumu isə 11 manat civarındadır. Amma həmin idarələrdə nikaha girənlər bundan bir neçə dəfə artıq «şirinlik» ödəməyə məcbur olurlar. Adəm Qorxmaz

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı