Modern.az

“Erkəklər”

“Erkəklər”

19 Yanvar 2012, 15:25

Yazar Aysel Əlizadənin “Erkəklər” kitabı çapdan çıxıb. Bu, müəllifin üçüncü kitabıdır.
İnsanın üz-üzə qaldığı bir çox ciddi və qlobal məsələyə toxunulan “Erkəklər” əsərində bu problemlərin insan həyatında buraxdığı dərin izlər iki qəhrəmanın – yazıçı kişi ilə həkim qadının dialoqları fonunda əks olunur. Klassik qadın-kişi münasibətlərinə fərqli baxış, xəyanətin insan həyatında ağrılı və dərin izlər buraxması və taleyini alt-üst etməsi kimi psixoloji məqamlar əsərdə qabarıq ştrixlərlə verilib.
Müasir dünyanın yaratdığı sosial-siyasi problemlər birbaşa insanın həyatına nüfuz edir, bəzən onu istəmədiyi seçim qarşısında qoyur – əsərdə yer alan əsas məsələlərdən biri də budur; həyata öz baxışı olan, fərqli düşüncə tərzinə sahib bir insan həyatın qəddar sınaqları qarşısında tək qalsa da, sınmır. Belə psixoloji təlatümlərlə üz-üzə qalan insan taleyi “Erkəklər” əsərində dəqiq cizgilərlə qələmə alınıb.
“Erkəklər” kitabı artıq satışdadır. Kitabı Bakıdakı “Əli və Nino” kitab mağazalarından əldə etmək olar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi