Modern.az

Putin jurnalisti danlayıb: "Siz mənə p.. atarkən mən heç əsəbiləşmirəm"

Putin jurnalisti danlayıb: "Siz mənə p..  atarkən mən heç əsəbiləşmirəm"

19 Yanvar 2012, 22:41

Önümüzdəki mart ayında prezidentliyə yenidən namizəd olan Rusiya Baş naziri Vladimir Putin müxalifətyönlü jurnalisti danlayaraq, "siz mənə p..x  atarkən mən heç əsəbiləşmirəm" deyib.

Putin Moskva ətrafındakı iqamətgahında ölkənin tanınmış jurnalistləriylə bir mətbuat konfrans keçirib. Modern.az-ın məlumatına görə, tədbirə Putinlə ''Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venidiktov arasındakı dialoq öz damğasını vurub.

Konfransın gedişində üzünü Venediktova tərəf çevirən Putin “məndən zəhlənizin getdiyini görürəm. Bu üzünüzdən də hiss olunur. Amma siz öz reportajlarınızla mənə dayanmadan p..x atdığınızda mən heç əsəbiləşmirəm'' deyib.

"Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktov isə Baş nazir Putindən Rusiyada iqtidara qarşı etiraz aksiyalarını təşkil edən müxalifət liderləriylə görüşməyə hazır olub-olmadığını soruşub. Venediktov “hər kəsin ədalətli seçkiyə ehtiyacı var. Ölkədə hər kəsin sizi sevməyə biləcəyi gerçəyinə qarşı bu liderlərdən bəziləriylə niyə görüşmürsünüz'' deyə Putindən soruşub.

Putin isə cavabında dialoqa hazır olduğunu, ancaq təkliflərinə müxalifət liderlərinin ağız büzdüyünü bildirərək “onları bir neçə dəfə dəvət etdim,  ancaq heç bir zaman gəlmədilər'' deyib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir