Modern.az

Nazirlikdən soyuq hava proqnozu - qar yağacaq, yollar buz bağlayacaq

Nazirlikdən soyuq hava proqnozu - qar yağacaq, yollar buz bağlayacaq

Aktual

20 Yanvar 2012, 13:56

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, yanvarın 20-dən 21-ə keçən gecə Bakı və Abşeron yarımadasında havanın yağıntılı olacağı, qar yağacağı, sabah gündüz kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 21-də havanın yağıntılı olacağı, qar yağacağı, səhər qərb rayonlarında, gündüz şərq rayonlarında tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Yanvarın 22-də hava əsasən yağmursuz keçəcək. Lakin yanvarın 22-də axşam bəzi şərq rayonlarında havanın çiskinli, bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!