Modern.az

“2009-Qarabağ nizamlanmasında əldən buraxılan imkanlar ili”

“2009-Qarabağ nizamlanmasında əldən buraxılan imkanlar ili”

Təhsil

21 Dekabr 2009, 13:02

“2009-cu il  Qarabağ nizamlanması üçün əldən buraxılan imkanlar ili oldu, lakin münaqişənin həll olunması ilə bağlı nikbinlik saxlanmaqdadır”. Modern.az-ın “İnterfaks” a istinadən yaydığı məlumata əsasən, bu barədə  ABŞ-dakı Con Hopkins Universitetinin professoru Frederik Starr bildirib.

«Hesab edirəm ki, başa çatan ili Qarabağ nizamlanması üçün əldən buraxılan imkanlar ili adlandırmaq olar, həm də Bakının diplomatik səyləri hesabına dəfələrlə arzuolunmaz ssennarilərdən qaçmaq mümkün oldu. Bununla yanaşı mən hesab edirəm ki, problemin həlli imkanlarını mümkünlüyü qalmaqdadır » - deyə deyə amerikalı ekspert  bildirib.

Onun sözlərinə görə, gələn il Qarabağ probleminin həlli istiqamətində önəmli addımlar atıla bilər və bu mənada beynəlxalq birliyin münaqişənin həllinə daha çox diqqət göstərməsi vacibdir.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır