Modern.az

15 rayonun qəzet rəhbərləri Yevlaxa toplaşıb

15 rayonun qəzet rəhbərləri Yevlaxa toplaşıb

Qarabağ

21 Dekabr 2009, 13:10

Yevlaxda Mətbuat Şurasının təşəbbüsü ilə «Qloaballaşma və konvergensiya şəraitində regional medianın vəziyyəti: reallıqlar və müasir tendensiyalar» mövzusunda konfrans işə başlayıb. Modern.az xəbər verir ki, Şuranın Azərbaycan Respublikasının Prezidentinin Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı layihə çərçivəsində baş tutan tədbirdə dövlət rəsmiləri, aparıcı kütləvi informasiya vasitələrinin, ölkənin 15 bölgəsində fəaliyyət göstərən mətbu nəşrlərin rəhbərləri, yerli icra, polis və məhkəmə orqanlarının təmsilçiləri, habelə ictimaiyyət nümayəndələri və tanınmış media ekspertləri iştirak edirlər.

 

Konfransı giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyətinin başçısı Elmar Vəliyev tədbirin təşkilinin əhəmiyyətli cəhətlərindən söhbət açıb. O, “Qloaballaşma və konvergensiya şəraitində regional medianın vəziyyəti: reallıqlar və müasir tendensiyalar» mövzusunda konfransın təşilinin də medianın cəmiyyətdəki roluna verilən önəmin nəticəsi kimi dəyərləndirib.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, konfransdan məqsəd ölkəmizin qərb regionuna daxil olan rayonlarda fəaliyyət göstərən media təşkilatlarının, KİV-lərin ictimai, siyasi, sosial və mədəni həyatın müxtəlif sahələri ilə bağlı dövlət, qeyri-dövlət qurumları, habelə ictimaiyyət nümayəndələri ilə qarşılıqlı təmaslarının möhkəmləndirilməsindən, mövcud sahədə təsadüf olunan problemlərin müzakirəsinin təşkilindən, regionda çalışan jurnalistlərin peşəkarlıq səviyyələrinin artırılmasından, həmçinin bölgə KİV-lərinin maddi-texniki durumlarının gücləndirilməsinə yönələn təkliflərin qruplaşdırılmasından ibarətdir. Burada həmçinin informasiya daşıyıcıları, yəni idarə, müəssisə və təşkilatlarla KİV təmsilçilərinin dialoqunun təşkili nəzərdə tutulur.

 

Kütləvi İnormasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söhbət açıb. «Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nda region mediasının inkişafı ilə bağlı xüsusi müddəaların yer aldığını vurğulayan V.Səfərli mövcud tədbirin həmin zərurəti dəyərləndirmək niyyətindən irəli gəldiyini deyib.

Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında diqqəti Azərbayjan dövlətinin mediaya göstərdiyi qayğının müxtəlif aspektlərinə çəkib. Ə.Həsənov bildirib ki, hazırkı dövrdə bölgə mediasının durumu ona xüsusi diqqət yetirilməsini zəruriləşdirib. Lakin obyektiv səbəblərdən bu sahədə müəyyən çətinliklər var və onların aradan qaldırılması vajibdir. Bununla belə Ə.Həsənov bölgə nəşrləri içərisində nümunə kimi qəbul oluna biləjək qəzetlərin mövjudluğunu da bildirib. O, misal kimi Yevlaxda çıxan «Kür» qəzetinin adını çəkib.

 

Konfransın işinə uğurlar arzulayan Ə.Həsənov tədbirdə qoyulan mövzunun regional medianın artan ijtimai tələbatlara adekvat münasibətinin formalaşmasına yardım göstərmək baxımından əhəmiyyətliliyini önə çəkib.

 

Qeyd edək ki, konfrans çərçivəsində bölgə KİV-lərinin təmsilçiləri üçün seminarların təşkili də nəzərdə tutulur. Seminarlar jurnalistlərin peşə etikası, ilk mənbədən informasiya almaları, dövlət dəstəyi və onun mahiyyəti, KİV-lərin biznes qurumları kimi formalaşmasında sosial məsuliyyət amili və digər mövzuları əhatə edəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür