Modern.az

Bakıda Hesablama Palatasının yeni binası açılıb

Bakıda Hesablama Palatasının yeni binası açılıb

21 Dekabr 2009, 13:52

Dekabrın 21-də Prezident İlham Əliyev Hesablama Palatasının yeni inzibati binasının açılışında iştirak edib. AzərTAc-ın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, Bakının Xaqani küçəsində inşa olunmuş Hesablama Palatasının yeni inzibati binası beş mərtəbəlidir. Yeni bina bir il altı aya tikilib.

İnzibati binanın Bakı şəhərinin mərkəzində yerləşməsi, memarlıq abidələri ilə əhatə olunması onun layihəsində nəzərə alınıb. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib, binada yaradılmış şəraitlə tanış olub.

Xaqani-33-də yerləşən bu binada 2006-cı ilə kimi “Azadlıq” qəzeti və “Turan” İnformasiya Agentliyinin redaksiyaları, Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahı, bəzi ictimai təşkilatların ofisləri yerləşirdi. İkimərtəbəli həmin bina yenidən qurulub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir